Language:
English
Məktəb dəyişdirməyin uşaqlara təsiri
22 September 2018 7097Mütəxəssislər məcbur olmadıqca məktəb dəyişikliyinin düzgün olmadığını, sosial ortama adaptasiyanın çətin olacağını bildiriblər.
Bu barədə türkiyəli psixoloq Esma Uygun, uşaqların məktəb dəyişiklikləri zamanı çəkdiyi problemlərdən danışıb.
Bu məqamda uşaqların əsəb sistemi pozula bilər.
Adaptasiya müddətində dəstək olmalıdır. Sinfə daxil olan şagirdin özünü tanıtdırması, özünü qəbul etdirməsii, qruplara daxil olmaq ona çətin gələ bilər. Sosial əksikliyi olan uşaqlar üçün bu daha da çətin ola bilər. Bu səbəbdən məcbur qalmadıqca uşağın məktəbi dəyişdirilməməlidir.
Valideynlər uşaqları ilə münasibət qurmalıdırlar. Onların sıxıntılarını dinləməli, birlikdə həll yollarını düşünməlidirlər. Ən əsası isə uşaqları ilə dost olmalıdırlar.
Sıxıntıların yarandığı təqdirdə isə mütəxəssisə müraciət etmək tövsiyə edilir. Psixoloqlar adaptasiya üçün zamana ehtiyacın olduğunu bildirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1