Language:
English
Göbələk xəstəliyi nədir?
15 June 2020 15153Dəri xəstəliklərindən hesab edilən göbələk infeksiyası əksər insanın çəkdiyi problemdir. Xüsusilə fəsil keçişlərində daha çox müşahidə edilir. Bir çox faktor göbələk xəstəliyinə yol aça bilər. Qızarıqlıq, qaşıntı, ağrı kimi vəziyyətlər ilkin əlamətlər hesab edilir.
Göbələklər açıq havada, torpaqda, bitkilərdə, insan dərisində yaşaya bilərlər. Təmas yolu ilə yoluxuculuğu mövcuddur. İmmunitet sisteminə mənfi təsir göstərərək vücudu zəiflədir. Bu xəstəlik dəfələrlə təkrarlana bilər.
Müalicə edilmədiyi təqdirdə digər orqanlara keçə bilər.
Göbələk xəstəlikləri nə zaman yaranır?
Kirli mühitdə
Daha öncə göbələk xəstəliyi keçirmiş insanlarda risk payı çoxdur
İmmunitet sistemi zəif olduqda
Bu xəstəliyə yoluxmuş heyvan ilə təmasda olduqda
Göbələk xəstəliyinin bir çox növləri mövcuddur:
Vücud göbələyi – Dəridə ləkə formasında yaranan qabartıdır. Bu ləkələr böyüyür və iltihablı şişə səbəb olur. Qaşıntı, səpki kimi özünü biruzə verir. Bəzi dərman və kremlərlə müalicə edilə bilər.
Saç göbələyi – Saç dərisində müşahidə edilir. Ekzema ilə qarışdırılır. Ancaq bu dəridə olan ilə fərqlidir. Bu səbəbdən saçlarda asanlıqla kəpəklənmə, qaşıntı baş verir. Saç göbələyi yoluxucudur.
Ayaq göbələyi – Barmaq aralarında və topuqda görülür. Adətən ayaqlar uzunmüddət qapalı qalıb tərlədiyi üçün baş verir. Bu zaman xəstələrin ayaqlarında şişmə ya da ağrı görülə bilər. Həkimin tövsiyə edəcəyi dərman, krem ilə müalicə edilir.
Əllərdə yaranan göbələk – Əlin içində və xaricində görünür. Bəzi yuyucu tozlar bu halın artmasına səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1