Language:
English
Mütəmadi sumaq yemək bu xəstəliklərdən qoruyur
11 April 2018 11146Sumaq əksər mətbəxdə istifadə edilən ədviyyatlardandr. Yeməklərə xüsusi aroma verir. Sağlamlıq cəhətdən də faydaları danılmazdır.
Sumağın vətəni İran, əfqanıstan, Şimali Afrika və Ağdənizdir. Tərkibində güclü kimyəvi maddələr mövcuddur.
İnfeksiya səbəbli xəstəliklərin qarşısını alır.
Vücudda iltihablanma, qızdırma, artrit, tənəffüs pozuntuları, bronxit və digər xəstəliklər zamanı faydalıdır.
Dəri qoruyucu xüsusiyyəti var. Dəri problemləri və yaraların sağalmasında köməkçidir. Çiynənilmiş sumaq yarpaqları səpkilərə, iltihablı diş ətlərinə kömək edir.
Ürəyi və qaraciyəri qoruyur.
Yüksək xolestrol, ürək və qaraciyər problemləri çox yayılmış xəstəlikdir. Siçanlar üzərində aparılan sınaqlar zamanı sumağın onlarda xolestrin səviyyəsini aşağı saldığı məlum olub.
Xərçəngə qarşı qoruyur. Bu da aparılan araşdırmalar zamanı təsdiq edilib.
Qadın xəstəlikləri zamanı da effektlidir. Həddindən çox vaginal axıntılar zamanı sumaqdan müalicəvi istifadə etmək mümkündür. Həmçinin sumax ana südünün artırılması məqsədilə də istifadə edilə bilər.
Mütəmadi olaraq sumaqdan istifadə menstruasiya ağrılarına da müsbət təsir göstərərək ağrı gücünü azaldır.
Həzm sistemini tənzimləyir.
Sumağı ədviyyatdan əlavə olaraq da suda qaynadılmış formada da istifadə etməyiniz mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1