Language:
English
Körpələrin göz rəngi nə zaman qalıcı olur?
02 April 2018 20999Valideynləri maraqlandıran əsas mövzulardan biridir.
Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, körpələrdə göz rənginin yaranması hamiləliyin 4 –cü həftəsindən başlayır. Bu müddətdə göz rəngi gözün ön qismində yer alan təbəqənin pigment miqdarına görə müxtəlif rənglərə sahib ola bilər. Ön təbəqədə yer alan pigment miqdarı çoxdursa göz rəngi qəhvəyi rəng, azdırsa, yaşıl, heç yoxdursa mavi rəngdə olur.
Aparılan araşdırmalar tünd rəngli insanlarda pigment sayısı çox olur. Bu səbəbdən də göz rəngləri də tünd olur. Uşaqlarda göz rənginin yaranması da pigment sayı ilə təyin edilir.
Körpənin gözünün hansı rəngdə olmasını dəqiq bilmək üçün doğuşdan ən azı 6 ay müddət keçməlidir.
Yeni doğulan uşağın göz rəngi ilk zamanlar adətən mavi, göy kimi olur.
Körpələr ilk 4 aylıq müddətdə görməzlər və bu müddətdə konkret bir rəng yaranmaz. Bu səbəbdən gözə düşən işıq dərhal yansıyır.
Doğuşdan sonrakı 6 ilə 12 aylıq müddətdə bu bəlli olur. Uşağın inkişafına uyğun olaraq göz rəngləri qalıcı hal alır.
Yeni doğulan mavi ya da yaşıl gözlü körpələrin göz rəngləri zamanla qəhvəyi rəngə çevrilir.
Daha sonra isə hansısa rəng dəyişimi baş verməz və qara rəng qalıcı hal alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1