Language:
English
Körpələrdə yaranan süd vəzi şişkinliyi nədir?
02 June 2018 20204Uşaqlar ana qarınlarında olan zaman inkişaflarını göbək bağı ilə gerçəkləşdirirlər. Göbək kardonu anadan uşağa, içində qida və oksigen olan təmiz qan, uşaqdan anaya da içində artıq maddələr olan kirli qanı daşıyan damarların daşınmasıdır. Dölün yaşaması bundan asılıdır. Uşağın inkişafını təmin edən göbək bağının anadan körpəyə daşıdıqları arasında anaya aid cinsiyyət hormonları da olur. Bu hormonlar, xüsusilə doğuşun gecikdiyi, 40 həftəni keçən hamiləlik müddəti sonunda dünyaya gələn uşaqlarda süd vəzilərində şişkinlərə, süd gəlməsinə belə səbəb ola bilər.
İnsanların “süd dolması” deyə adlandırdığı bu şişliklər həm qız həm də oğlan uşaqlarında görülə bilər və olduqca çox rastlanılan vəziyyətdir. Ana qarnında olan zaman dölə keçən hormonların təsiri doğuşdan sonra azalmağa başlayır.
Körpənin süd vəzisindəki şişkinliyə toxunmaq, ovalamaq, müxtəlif yağlarla massaj etmək, isti su ilə yumşaltmağa ya da sıxaraq içindəki südü çıxartmağa çalışmaq doğru deyil. Təbii və normal haldır.
Zaman daxilində isə öz-özünə keçəcək. Bu şişkiniklər uşağa ağrı verməz. Ancaq mütəmadi olaraq o hissəyə toxunsanız həssaslıq yarada bilər. Gərəkdiyi zaman isə pediatr müayinə edərək müdaxilə edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1