Language:
English
Kanadanın tibb işçiləri uzun müddət pis vərdişlərin müxtəlif xəstəliklərin yaranmasında rolunu və insan ömrünün uzunluğuna təsirini öyrəniblər. Məlum olub ki, fiziki hərəkətlərin icarsına başlansa və siqaret çəkmək tərgidilsə insan həyatını 18 il uzatmaq realdır.
Alimlər müşahidələr nəticəsində qeyd ediblər ki, pis vərdişlər insan ömrünü bir neçə il (təqribən 6) qısaldır. Ölən insanların dörddə biri dünyalarını tütün istifadəsindən yaranan problemlərdən dəyişiblər, daha dörddə biri fiziki hərəkət çatışmazlığı üzündən vəfat edib.
Kanadada ölən bütün insanların səkkizdə biri düzgün qidalanmamağın güdazına gedib. Ölüm hallarının təxminən 0.4%-i spirtli içkilərdən hədsiz istifadə edənlərin payına düşür. Beləliklə, Kanada kimi inkişaf etmiş ölkədə ölüm hallarının yarısından çoxu pis vərdişlərlə əlaqədardır.
Ölüm riskini artıran başlıca faktorlar arasında tütün istifadəsi birinci yeri tutur. Siqaret çəkən kişi və qadınlar çəkməyən yaşıdlarından orta hesabla üç il az yaşayırlar.
Beləliklə, müəyyən olub ki, sağlam həyat tərzi sürənlər, bu cür yaşamayanlardan 18 il çox ömr sürürlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1