Language:
English
İmplantı kimlər etdirə bilər?
15 June 2020 8080Əksik dişlər estetik cəhətdən pis görüntüyə səbəb olduğu qədər sağlamlığa da mənfi təsir göstərir. İnkişaf edən texnika vasitəsilə əksik dişlər implant yolu ilə qısa müddətdə müalicə edilə bilər.
Bu, təcrübəli həkimlər tərəfindən aparılmalıdır.
Bəs kimlər implant etdirə bilər?
Çənə sümüyü və diş əti sağlamlığı implant tətbiqi üçün vacibdir.
İmplant, əksik olan dişlərin funksiyalarını yenidən bərpa etmək üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. Sümüyün keyfiyyəti implantın müvəffəqiyyətli alınmasına təsir edən faktorlardan biridir.
İmplant üçün diş əti tamamilə sağlam olmalıdır.
Bunun tətbiqində vacib olan faktorlardan biri sümük quruluşudur. Damaq implant üçün uyğun sümük toxumasına sahib olmalıdır.
Bunun üçün sümük toxuması yoxlanılmalı və daha sonra implant edilməlidir. Tətbiqindən əvvəl klinik və radioloji müayinənin edilməsi vacibdir.
Əgər pasiyentin sağlamlıq vəziyyəti yaxşıdırsa implant üçün yaş limiti yoxdur. Sağlamlıq, yaşdan daha çox rol oynayan faktordur. İmplant, sadəcə sümük inkişafı tamamlanmamış gənc pasiyentlərdə tətbiq edilmir.
İmplant yerləşdirildikdən sonra yaranan ağrı, normal diş çəkiləndən sonra hiss edilən ağrıdan fərqli deyil. İstifadəsi də kifayət qədər rahatdır.
Tətbiqi zamanı iki növ keyitmədən istifadə edilir ki bu da pasiyentin seçimindən asılıdır.
İmplantın sümük ilə tam birləşməyini təmin etmək üçün yaxşılaşma müddəti olan ilk 3-6 ay ərzində implant üzərinə salınan yüklər ən aza endirilməlidir. Xüsusilə bu müddətdə siqaretdən istifadə edilməməlidir. Çünki siqaret, infeksiya riskini artırır.
İmplantın ömrü bir çox faktordan asılıdır. İmplantın uzunömürlü olması üçün dişlər gündə 2 dəfə fırçalanmalıdır.
İmplantlar, orqanizm üçün hansısa əks tasirə malik olmayan maddələrdən hazırlanır. Bunlar adətən titanium kimi materiallardır. İmplant qərarı verilibsə bu barədə araşdırma aparılıb düzgün və təcrübəli həkim tapılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1