Language:
English
Hər gün iki heyva yeyin
07 August 2018 8416A və B vitaminləri cəhətdən zəngin olan heyva, qış mövsümünün ən sevilən meyvələrindən biridir.
Şəkər miqdarı az olan bu meyvə, eyni zamanda insanı rahatladaraq sakitləşdirir.
Mədə-bağırsaqları gücləndirir.
İshalı kəsməkdə təsirlidir. Ancaq çox yeyildiyi zaman qəbizliyə səbəb olur.
İshaldan əziyyət çəkənlər heyvanı yeyə bilər.
Qaraciyərində problem yaşayan insanlar bu meyvədən rahatlıqla istifadə edə bilər.
Qanı təmizləməyə kömək edir.
Ürək döyüntüləri zamanı faydalıdır.
Öskürəkdən əziyyət çəkənlər heyva dəmləməsini içə bilərlər.
Dərini təmizləyərək, dırnaqları gücləndirir.
Varikoz damarların qismən də olsa qarşısını almağa kömək edir.
İdrar yolu infeksiyaları zamanı effektlidir.
Bunun üçün heyvanın qabıqları soyulur. Xırda formada doğranılır və üzərinə qaynar su tökülür. Dəmlənmə üçün gözlədilir. Çayın rəngi sarı olan zaman içə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1