Language:
English
Hündürdaban ayaqqabıların zərərləri
03 September 2018 7706Qadınların sevərək geydiyi hündürdaban ayaqqabılar, hər qadının evində mövcuddur. Gözəl görünsə də bu cür ayaqqabılar sağlamlıqla bağlı problemlər yarada bilər. Düzgün ayaqqabı seçimi ilə isə qarşıya çıxan problemlərin həllini tapmaq mümkündür.
Ayaq sağlamlığı üçün xüsusilə ayağın formasına uyğun ayaqqabılar seçməlisiniz. Bu barədə vacib məlumatları türkiyəli ortoped travmatoloq Ahmed Turan diqqətə çatdırıb.
5 sm hündürlükdə topuq, idman ayaqqabıları ayağın rahatlığını təmin edir. Sağlamlıq cəhətdən ən ideal ayaqqabı 5 sm hündürlükdə olanlardır. Ayaqqabı geyinən zaman barmaqların rahat olmasına şərait yaratmaq lazımdır. 8 sm-dən uzun hündürdaban, iti uclu ayaqqabı uzunmüddət istifadə edildiyi zaman bel, bud, diz, ayaq, ayaq biləyi ağrılarına səbəb ola bilər.
Anormal yüklənmələr zamanı əzələ gərginləşmələrinə yol aça bilər. Bel çuxurluğu artan zaman belin arxa əzələləri, ayaq əzələləri qısalır. Bu qısalmalar oynaq hərəkətlərinin fizioloji genişliyini azaldır. Oynaq hərəkətliliyinin azalması oynaq qığırdağına anormal yük əlavə edərək kirəclənmə yaradır.
Həmçinin belə ayaqqabılar əsəb zədələnmələrinə səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1