Language:
English
Evliliyi bitirən səbəblər – Psixoloqlardan xəbərdarlıq
13 April 2018 8360Son zamanlar boşanma halları artıb. Bu barədə psixoloqlar həyəcan təbili çalırlar. Mütəxəssislər ailələrin dağılmasına səbəb olan mövzuları araşdırıblar.
Mütəxəssislərin hazırladıqları siyahını təqdim edirik:
Yalan – Güvən duyğusu insanın əsas hisslərindən biridir. Evlilik zamanı cütlüklərin bir-birlərinə inanmaqları mühüm şərtdir. Cütlüklərdən biri səhv etsə belə qarşıya bunu anlatmalıdır. Ancaq təəssüf ki, onlar bunu gizlətməyi üstün tutduqlarından güvən problemi yaranır və bu da boşanma ilə nəticələnir.
Aldatma – Sədaqətsizlik ən əsas şərtdir. Evliliyi bitirən təməl səbəblərdən biridir. Qısqanclıq cütlüklər arasında krizlərə yol aça bilər ancaq dağıtmaz. Aldatma isə həm güvən yıxar həm sevgini bitirər.
Cinsi münasibətdəki problemlər – Evlilikdə cinsi münasibət hər şeyi əvəz etməsə də çox problemi həll edir. Cütlüklərdən birinin bu mövzuda istəksiz olması və ya yaşadığı problemə görə müalicəyə yaxınlaşmaması evliliyi sarsıdar və boşanmağa qədər gətirib çıxara bilər.
Həddindən çox qısqanclıq – Müəyyən həddə qədər qəbulediləndir. Münasibəi canlı tutar. Ancaq həddindən çox olanda bezdirici olur ki, bu da dalaşmaq mövzusuna çevrilir. Münasibəti yorar. Güvəni sarsıdar.
Maddi problemlər – Cütlüklərdən birinin işsiz qalması, maddi gözləntilərin qarşılanmaması münasibətə mənfi təsir göstərər. Və ya işsiz qalan şəxsin iş axtarmaması da problemə səbəb ola bilər.
Qayğısızlıq – Bəzən iş həyatına daha çox zaman ayrılır. Bu zaman isə həyat yoldaşı arxa planda qalır. Şəxslər düşünməsə də bu evliliyə çox mənfi təsir göstərir. Evliliyin hər mərhələsində qayğıya, münasibətə ehtiyac var. Qadına xüsusilə də diqqət göstərilməməsi, maraqlanılmaması ciddi savaşlar yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1