Language:
English
Evinizi basan qarışqalardan bu üsulla xilas olun
23 May 2018 8673Yaz ayları əksər evin qorxulu yuxusudur. Çünki bu mövsümdə qarışqalar evi basar desək yanılmarıq. Xüsusilə də körpə olan evdə bu daha çox problemə çevrilir.
Qarışqalardan xilas olmaq üçün təsirli bəzi üsullar təqdim edirik:
Lazım olanlar:
– 1 stəkan su
– Pambıq
– Darçın çubuqları
– Yarım çay qaşığı darçın tozu
Necə hazırlanır?
Darçın tozunu su ilə qarışdırın, qarışımı pambığa töküb qarışqaların evə girə biləcəyi yerlərə çəkin. Qarışqalardan xilas olana qədər bunu təkrarlayın.
Lazım olanlar:
– Sirkə
– Su
– Limon yağı
– Sprey qabı
Necə hazırlanır?
Eyni miqdarda sirkə və suyu şüşənin içinə boşaldın, bir neçə damla limon yağı əlavə edin, şüşəni yaxşıca çalxalayın sonra qarışqaların olduğu yerlərə su qarışımı çəkin. Bunu gündə bir neçə dəfə təkrarlayın.
Lazım olanlar:
– Qab
– Qırmızı bibər
– Su
Necə hazırlanır?
Suyu qaynadın. Bir qabın içinə tökün və bir miqdar qırmızı bibər əlavə edin. Bu qarışımı mütəmadi olaraq qarışqaların çıxdığı hissələrə çəkin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1