Language:
English
Epilepsiya xəstəliyi barədə doğru bilinən yanlışlar
29 March 2018 10169Epilepsiya xəstəliyi müalicə ilə nəzarət altına alına bilən xəstəlikdir. Mərkəzi sinir sistemi hüceyrələrinin bilinmədən anidən boşalması nəticəsində epilepsiya meydana gəlir. Krizlər formasında baş verən epilepsiya sinirlərlə bağlı xəstəlikdir.
Türkiyəli nevroloq Okan Bölükbaşı epilepsiya xəstəliyi haqqında bəzi vacib nüansları açıqlayıb. O, doğru bilinən yanlışlardan danışıb:
Yanlış məlumat – Epilepsiyalı xəstələr yaxşılaşa bilməz, ölənədək çəkər.
Doğru – Epilepsiya xəstələrinin 100-də 60-da krizlər dərmanlarla nəzarət altına alına bilər. Bəzi xəstələrin epilepsiya növləri yaşla əlaqəlidir. Gənc yaşlarda başlayan krizlər irəli illərdə yox ola bilər.
Yanlış – Epilepsiya ilə krizlər eynidir.
Doğru – Bir-birləri ilə əlaqəlidir, amma eyni deyil. Kriz, normal beyin prosesinin qısa pozulmalarıdır. Krizi olan hər kəs epileptik olmaz.
Epilepsiya isə krizlərə qarşı həssaslığın artdığı beyin xəstəliyidir.
Yanlış – Epileptik krizlər ağrılı və təhlükəlidir.
Doğru – Krizlər əksər insanlarda ağrısızdır. Nadirən kriz zamanı ağrı hiss etdiyini deyən xəstələr ola bilər.
Yanlış – Kriz zamanı xəstə dilini uda bilər, bu da ölümə səbəb olar.
Doğru – Kriz zamanı bir insanın dilini udması mümkün deyil. Əsla xəstənin ağzını açmağa çalışılmamalıdır. Xəstə yan tərəfə yatızdırılaraq ağızda toplanan mayenin tənəffüs yoluna keçməsinin qarşısı alınmalıdır.
Yanlış – Epilepsiyalı xəstələr maşın sürə bilər.
Doğru – Belə xəstələrin maşın sürmələri yaşadıqları ölkələrin tıxaclarına görə tənzimlənir. Çox tıxac olan yerdə yaşayanlar əsla maşın sürməməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1