Language:
English
Dişləri saraldan qidalar
11 September 2018 7482Hər gün sevərək istifadə etdiyiniz bir sıra qidaların diş sağlamlığına zərəri barədə bəziləriniz bəlkə də məlumatlısınız.
Limonlu su – Arıqlamağa kömək edən limonlu sudan istifadə son zamanlarda daha da artıb. Ancaq limon asidli olduğu üçün dişlərin minasına zərər verə bilər.
Südlü qəhvələr – Qəhvə sağlamlığa olduqca yararlıdır. Normal qaydada istifadə edildiyi təqdirdə ağız sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Gündə bir fincandan artığı isə sağlamlığa zərər vura bilər.
Fındığın dişlərinizdə ləkəyə səbəb ola biləcəyi barədə məlumatınız varmı? Bu səbəbdən, çox istifadəsi zərərli ola bilər.
Qurudulmuş meyvələrin yapışqan və şəkərli quruluşu səbəbiylə dişlərə zərər verə biləcəyi zənn edilir. Mütəxəssislər, istifadədən sonra dişlərin fırçalanmasını tövsiyə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1