Language:
English
D vitamininin artıq qəbulu bu xəstəlikləri yaradır
19 April 2018 11140Xüsusilə də uşaqlara nəzarətsiz verilən D vitamini faydadan çox zərər verə bilər.
Həm böyük həm də uşaqlarda günəş və qidalardan kifayət qədər D vitamini alınmadığı zaman vitamin əlavəsi istifadə edilməlidir. Bu isə mütləq şəkildə həkim nəzarəti altında və dediyi miqdarda olmalıdır. Son illərdə isə vitamin d spreylər şəklində uşaq və böyüklərə verilir.
Hər yaş qruplarına görə qəbul edilməli olan vitamin miqdarı müxtəlifdir. Belə ki 0-1 yaş arası uşaqlarda gündə 400İU, 1-18 yaş arası uşaqlarda gündə 600 İU, 18 və yuxarı yaşlarda isə gündəlik 1000 İU yetərli göstəricidir. Hamilələr və ya əmizdirən analar gündəlik olaraq 600-2000 İU D vitamin almalıdırlar.
Bəzən ailələr həkimin tövsiyə etdiyi miqdarı yanlış formada tətbiq edirlər. Diş çıxarma və ya gəzmək dövrlərində gecikmə müşahidə edilən zaman həkim nəzarəti olmadan D vitamin verirlər. Və ya iştahsızlıq vəziyyətində də həkim məsləhəti olmadan gərəksiz yerə vitamin verirlər. Bu isə yanlış addım hesab edilir. Əksər zaman isə D vitamin daha çox verilir. Bu isə uşağın vücudunda toplanır. Nəticədə isə D vitamin zəhərlənməsi baş verə bilər. Bu da sağlamlıqla bağlı qorxulu xəstəliklər törədə bilər.
Məhz bu səbəbdən iştahsızlıq, bulantı, qusma, qəbizlik, idrarda artış, vücuddan maye itkisi yarana bilər. Həmçinin əzələlərdə gücsüzlük, yüksək təzyiq, dəridə qaşınmalar da müşahidə edilə bilər.
Doğru miqdarda istifadə edilmədiyi təqdirdə böyrək çatışmazlığına qədər yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1