Language:
English
Dənizdə, hovuzda üzərkən gözləri açmaq olarmı?
06 July 2018 8048Üzmək sağlamlıq üçün faydalı olduğunu bir çoxları bilir. Ancaq üzərkən belə bəzi məqamlara diqqət göstərmək lazımdır.
Türkiyəli mütəxəssis bu barədə mühüm məqamları qeyd edib.
Həmin vacib nüansları diqqətinizə çatdırırıq:
Makiyajlı şəkildə üzməyin. Günəşdən gələn ultrabənövşəyi şüalar dərinizə olduğu kimi gözlərinizə də zərərli ola bilər. Bu vəziyyət sarı nöqtə xəstəliyi kimi bir sıra problemlərə səbəb ola bilər. Bu səbəbdən hovuz və dəniz kənarında mütləq şəkildə100 faizlik şüalardan qorunmaq üçün eynək və şlyapalardan istifadə edin.
Mütəxəssislərin sözlərinə görə, sudan şüaların gözə təsiri daha çoxdur. Saat 10:00-16:00-dək günəş şüalarından daha çox qaçınmalısınız. Üzməzdən öncə makiyajı silməyiniz faydalıdır. Bu allergiyaya məruz qalmaqdan da sizi xilas edəcək.
Dənizdə duzlu suda gözləri açmaq allergik reaksiyalara səbəb ola bilər. Bu həmçinin hovuzda da mümkündür. Bunu yaradan amil isə suyun xlorlu olmasıdır.
Suda üzən zaman linzalardan da istifadə etmək mümkündür. Amma həkimlər daha çox eynək taxmağın tərəfdarıdırlar. Suyun içində gözləri eynək olmadan açmaq həm lensin düşməsinə həm də ağır infeksiyalara yol aça bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1