Language:
English
Dünyanın ən zərərli məhsulları
31 August 2018 7799İnsan sağlamlığına zərərli təsiri olan bir çox qida mövcuddur. Amerikalı araşdırmaçılar bu növ yeməklərin siyahısını açıqlayıb.
Kolbasa, sosis kimi ət növləri – Buna səbəb isə tərkibində həddindən çox nitrat, duzun olmasıdır.
Qızardılmış yeməklər – Xüsusilə də kartof qızartmaları bu siyahıya əlavə edilib. Buna səbəb isə içərisindəki sağlamlıq üçün faydalı olmayan yağdır.
Səhər yeyilən hazır qidalar – Bu qidalardan bir çox insanlar istifadə edir. Çünki tez hazırlanır. Ancaq mütəxəssislər isə eyni fikirdə deyillər. Buna səbəb isə tərkibində həddindən artıq karbonhidrat və şəkər mövcuddur.
Dondurma da bu siyahıya əlavə edilib – Hər kəsin sevərək çox yediyi dondurmalar sağlamlıq üçün təhdiddir. Çünki içərisində tərkibi bilinməyən yağlardan istifadə edilir. Həmçinin şəkər miqdarı da çoxdur. Süni rəngləndiricilərdən də istifadə edilir.
Cipsilər də hər kəs tərəfindən yeyilsə də çox üstünlük verilməməlidir. Buna səbəb isə tərkibindəki monosotyum glutamat maddəsidir.
Dondurulmuş balıqlar da tövsiyə edilməyən qidalar sırasına daxil edilib. Çünki bu zaman vacib vitaminlər ölür, zərərli maddələr isə yaranır.
Popkornlar da sağlamlıq üçün zərərli ola bilər. Buna səbəb isə içərisindəki trans yağlardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1