Language:
English
Bu vərdişlər bel, boyun ağrıları yaradır
27 July 2018 8152Mütəxəssislər onurğa ağrılarının qarşısını almaq məqsədilə hər insanın edə biləcəyi üsulları araşdırıblar.
Onurğanızı hər zaman isti tutmağa çallışın. Tərlədikdən sonra soyuq havaya çıxmayın.
Artıq çəkilərdən xilas olun.
Hərəkətsiz qalmayın. Çünki hərəkətsiz yaşayış tərzi onurğaları zəiflədir.
Uzunmüddət eyni formada hərəkətsiz qalmayın.
Boyun, bel, kürək, qarın əzələlərinizin gücü artdıqca onurğalarınıza, xüsusilə disk quruluşlarınıza minən yük azalacaq.
Bu, sizin üçün ən vacib dərman hesab ediləcək.
İsidicilərin qarşısında dayanmayın.
Maşında hərəkət zamanı küləyin boynunuz ilə təmasından çəkinin.
Masa arxasında kompyuter qarşısında uzunmüddət qalmayın. Bu forma ən pis onurğa duruşlarının önündə gəlir. Komyuterə qarşı əyilməyin.
İş yerinizdə belinizi dəstəkləyən vasitələrdən istifadə edin.
Masa arxasında mütləq şəkildə dik oturun. Belinizi əyərək telefon, planşet oynatmayın.
Bu vərdişlər onurğanıza zərər verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1