Language:
English
Tədqiqatlar göstərib ki, diş məcununun tərkibində potensial konserogen maddə var ki, bu da onkoloji xəstəliklərə səbəb ola bilər. Bununla bağlı Fransada geniş miqyaslı kliniki araşdırmalar keçirmək planlaşdırılır.
Əvvəllər saqqız, diş məcunu və bəzi yeyinti məhsullarının tərkibində titan dioksidi olduğu haqda məlumat verilmişdi. Lakin onun insan orqanizminə nə dərəcədə pis təsir göstərməsi müəyyənləşdirilməmişdir.
Tuluza universiteti və Lüksemburq elm və texnologiya institutunun alimləri birgə tədqiqat aparıblar.
Öz nəzəriyyələrini təsdiq etmək üçün alimlər praktik təcrübə aparıblar. Onlar 100 sutka ərzində laborator siçovulların içdiyi suya titan dioksidi məhlulu əlavə ediblər. Bu praktik təcrübə nəticəsində gəmiricilərin 40%-nin bağırsağında şiş aşkar olunub. Baxmayaraq ki, bunun üçün zəmin edici faktor olmayıb. Qeyd olunub ki bu, xərçəng xəstləyi deyil, lakin belə klinik mənzərə onkoloji xəstəlik yaranması riskini artırır.
Bu elementin insan orqanizminə təsirini müəyyən etmək üçün alimlər insanların iştirakı ilə iri miqyaslı tədqiqat aparmaq niyyətindədirlər.
Titan dioksidinin şokolad, konfet, saqqız kimi məhsullarda olduğu əvvəllər deyilmişdi. Ehtimal edilir ki, bu maddə günəş əleyhinə krem, bədənə qulluq üçün losyon kimi kosmetoloji vasitələrdə də var.
Qeyd olunur ki , bu elementin təkcə bir başa istifadəsi deyil, tənəffüslə qəbul edilməsi də təhlükəlidir. Ona görə də mütəxəssislər bu məhsulların qəbulunu məhdudlaşdırmığı tövsiyə edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1