Language:
English
Bu səhvlər münasibətinizi bitirə bilər
26 April 2018 6068Ötən məqalələrimizdə evliliyi bitirən səbəblərdən bəhs etmişdik. Bu dəfə isə evliliyə gedən yolda yaranan problemlərdən məlumatlar verəcəyik.
Böyük bir sevgiylə başlayan münasibətlər təəssüf ki, bir müddətdən sonra ayrılıqla nəticələnə bilir.
Psixoloqlar münasibətin hansı faktorlardan pozula biləcəyini və nə etməyin gərəkli olduğundan bəhs ediblər.
Tənqidi yanaşmaq – Bəzən insanlar bir-birlərinin yalnız mənfi cəhətlərini görürlər. Müsbət tərəfləri isə görməzdən gəlirlər. Məsələn, “nə zaman gəzməyə çıxsam məni yalnız qoyursan” cümləsinin əvəzinə “çölə çıxanda özümü yalnız hiss edirəm. Mənimlə daha çox maraqlanmağını istərdim” deməlisiniz.
Sevgilinizin etdiyi səhvi bəzən hər zaman edirmiş kimi üzə vurmayın. “Sən həmişə özünü düşünürsən, eqoistsən” cümləsi həm qarşı tərəfi əsəbləşdirəcək, həm də sizing probleminizə çarə olmayacaq.
Keçmişi xatırlamaq – Keçmişdə yaşanılan problem tez-tez dilə gətirmək doğru deyil. Məsələn, “2 il öncə məni dostlarımın yanında biabır etmişdin” cümləsi yanlışdır.
Mübahisə zamanı hər iki tərəf öz günahını görmürlər. Daim özünüzü haqlı görərək mübahisəni daha da alovlandırmış olursunuz.
Məntiq savaşı – Birinizin dediyi digərinin məntiqinə uyğun gəlməyə bilər. Hər insanın dünyagörüşü və baxış tərzi fərqlidir.
Unudulmamalıdır ki, problemə həll yolu axtarırsınızsa buna özünüzdən başlayaraq böyük addım atmış olarsınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1