Language:
English
Bu hərəkətlərlə qocalmağı gecikdirin
18 June 2018 8693Bir çox qadının istəklərindən biri yaşını bəlli etməməkdir. İnsanların ilk diqqətini çəkən məqam isə dərinin sağlam olub-olmamasıdır. Yaşlılığın ən əsas göstəricisi isə qırışlardır.
İnsanların üz qismində ən çox diqqət çəkən hissə gözlərdir. Göz qapaqlarında müəyyən bir yaşdan sonra qırışıqlıq və solma kimi dəri problemləri ortaya çıxa bilər. bUnların qarşısını almaq üçün göz qapaqlarını gücləndirən hərəkətlər etməlisiniz. İlk olaraq yuxarı baxmağa çalışın. Daha sonra sağa və sola doğru baxın. Bu idman hərəkətləri 20 dəfə təkrarlayın. 3mərhələli şəkildə tətbiq edin. Hər mərhələ arasında 2 dəqiqə kimi dincəlin.
Qocalmağın əlamətləri sırasında ilk olaraq göz ətrafında başlayır və yanaqlara doğru davam edir. Yanaqlarda meydana gələn qırışıqlığın qarşısını almaq üçün yüngül hərəkətlər etməlisiniz. Yanaqlarınızı canlandırmaq üçün ilk olaraq ağzınızı bərk şəkildə bağlayın və şişirdin. Ağzınızın içi hava ilə dolmalıdır. Bu zaman dilinizi sağa və sola hərəkət etdirin. 15-20 dəfə təkrarlamalısınız. Bu hərəkətlər də 3 mərhələ şəklində edilməlidir.
Digər qırışıqlıq əlaməti isə dodaq ətrafında başlayır. Dodaq kənarında olan dərinin quruluşu incə olduğu üçün daha tez qırışır. Meydana gələn qırışıqlığı yox etmək üçün ilk olaraq ağzınızı tamamilə açın və dişlərinizi dodaqlarınızla sız şəkildə bağlayın. Bu hərəkəti edərək 10 –a qədər sayın. Daha sonra ağzınısı yavaş şəkildə bağlayın. Bunun üçün bu hərəkəti 15 dəfə təkrar edin və 3 mərhələli edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1