Language:
English
Botoks hansı problemləri müalicə edir?
20 August 2018 8075Müasir zamanda botoks proseduru daha da inkişaf edib. Bu barədə vacib məlumatları türkiyəli dermatoloq Rukiyə Kaymaz diqqətə çatdırıb. O, bu prosedurun daha çox alın, qaş ortasına tətbiq olunduğunu bildirib.
Qaş forması üzə məna verən və ifadəyə təsir edən ən ünsürdür. Yaşla birlikdə qaş kənarları da aşağı düşür. Göz qapağı aşağıya doğru əyilir. Botoks nəticəsində isə baxış forması düzəlir və daha da gəncləşir.
Dodaq ətrafında, xüsusilə siqaretdən istifadə zamanı yaranan qırışlar, botoks vasitəsilə həll olunur.
Boyun hissəsi adətən diqqət edilməyən nahiyə hesab edilir. Tətbiq edilən prosedur nəticəsində isə boyun daha gənc görünə bilər.
Çənə əzələlərinin həddindən çox çalışması ilə əlaqədar olaraq həmin nahiyədə yaranan portağal qabığının görüntüsü az miqdar da olsa botoks vasitəsilə həll edilə bilər.
Burun ucu yaş artdıqca formasını dəyişir. Yaşlandıqca burun qanadları daha açıq açıla bilər. Az miqdar botoks vasitəsilə bütün bu problemlər həll edilə bilər.
Saç dərisində yaranan çox tərləmə zamanı müəyyən qədər botoks tətbiq edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1