Language:
English
Banan qabığının faydaları
27 June 2018 10706Adətən banan yeyildikdən sonra bananın qabığı atılır. Ancaq qabıqlar insan sağlamlığı üçün çox faydalıdır. Banan qabıqları ən az içi qədər faydalıdır.
Bu qabıqlardan Hindistanda yeməklərdə də istifadə edilir. Antioksidan xüsusiyyəti var.
Sızanaqlara qarşı effektlidir. Banan qabığını hər gün 5 dəq ərzində sızanaqlı hissədə ovun və bunu bir həftə ərzində davam etdirin. Təsirini görəcəksiniz.
Dərini nəmli tutur. Qırışıqların qarşısını alır.
Ağrıkəsici özəlliyi vardır. Ağrı olan qismə banan qabığını tətbiq edin. Ağrı bitənə qədər 30 dəqiqə saxlayın.
Banan qabığı sədəf xəstəliyinə qarşı effektlidir.
Arı, həşərat dişləməklərinə qarşı təsirlidir. Bunun üçün diş izi olan nahiyəyə massaj etməyiniz kifayətdir.
Göz sağlamlığını qoruyur. Katarakt xəstəliyinə yoluxmaq riskini azaldır.
Bananın insan sağlamlığı üçün zərəri yoxdur. Ancaq çox istifadəsi zamanı bəzi problemlər üzə çıxa bilər.
Qəbizlik problemi olanlar həddindən artıq istifadə edilməməlidir. Bananın çox istifadəsi qəbizlik problemini daha da artıra bilər.
Həmçinin həddindən artıq istifadəsi həzmsizlik yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1