Language:
English
Bananın faydaları
25 June 2018 11235Bananın tərkibi vitamin və minerallarla zəngindir. Bununla yanaşı diş və diş ətlərini qüvvətləndirir.
Göz qapaqlarında və dəridə çıxan qara ləkələrə qarşı da effektlidir.
Bananın tərkibində eyni miqdarda kalori, protein, sodium, potasium, maqnezium, A, E, K, C vitaminləri mövcuddur.
Qan təzyiqini tənzimləyir – Ürək sağlamlığı üçün faydalıdır. İnfarkta qarşı təsirlidir. Aparılan araşdırmalara görə, banan infarktı 40 faiz azaldır.
Böyrəklər üçün effektlidir – Potasiumla zəngin olan banan böyrək daşlarının düşməsinə yardımcı olur.
Enerji verir – Banan professional idmançıların istifadə etdiyi qidalar sırasındadır.
Həzmi asanlaşdırır – Lif qaynağıdır. Qəbizlik problemləri üçün də seçimdir.
Tərkibində qan üçün faydalı vitaminlər mövcudur. Bu vitaminlər qanda hemoqlabinin yaranmasını təmin edir. Bununla yanaşı B6 vitamini qan şəkəri miqdarını tənzimləyir.
Dəri sağlamlığını qoruyur – Təzə soyulmuş banan xəstəlikdən zərər almış hissəyə çəkilir. Sədəf xəstəliyi üçün də effektlidir.
Stresə qarşı təsirlidir. Tərkibindəki maddələr yardımıyla stresi azaldacaq serotinin səviyyəsini tənzimləyir. Stresə qarşı daha dayanıqlı hala gətirir.
Sümükləri qoruyur. Həmçinin təzyiqi tənzimləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1