Language:
English
Baş bəlası olan qarın çatlarını yox edən yağlar
01 May 2018 16137Qarında yaranan çatlar hamiləlik, yeniyetməlik, çəki aldığınız və ya verdiyiniz zamanlarda daha çox yaranır. Bunlardan xilas olmaq üçün daha çox xalq təbabətinə üstülük verilir.
Badam yağı – Adətən iki növü daha çox satılır: acı və şirin badam yağı. Mütəxəssislər isə şirin badam yağının çatlara daha faydalı olduğunu bildiriblər. Xüsusilə itburnu toxumu ilə qarışdırılıb tətbiq edildiyi zaman daha çox effektiv olur. İki məhsulu qarışdıraraq hər gün duşdan sonra çatlara çəkmək lazımdır.
Atquyruğu (Çöl qatırquyruğu) bitkisi əksər problemə dəvadır desək yanılmarıq. Dərini yeniləyir. Çatları yox edir. 1 litr 40 faiz miqdarında spirtli içkinin daxilinə 100 qram bu bitkidən əlavə edib 1 ay gözlətmək lazımdır və sonra içinə 8-10 damla limon suyu və yarım litr su əlavə etmək gərəklidir. Gündə 2 dəfə isə həmin ləkə hissələrinə çəkmək lazımdır.
Kokos yağı – Son zamanlar bu yağ məşhurlaşıb. Kokos yağını çat olan hissəyə 5-10 dəqiqə massaj edərək tətbiq edin. İstəsəniz daha sonra həmin hissəsi isti əski ilə də sarıya bilərsiniz. Çünki yarım saat belə saxlamaq nəticəni daha uğurlu edir.
Aloya – Bu yağ əksər insanın istifadə etdikdən sonra məmnun qaldıqdarı yağ növüdür.
Bunun üçün yarım fincan zeytun yağı
Yarım fincan aloya vera geli
6 kapsul isə E vitamini lazımdır. Qarışdıraraq problemli bölgəyə çəkə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1