Language:
English
Bənzədiyi orqana faydalı gələn qidalar
01 September 2018 7332Bəzi qidaların forma olaraq insan vücudundakı orqanlara bənzədildiyindən xəbədarsınız? İnsan vücudundakı müəyyən orqanlara bənzəyən bu yeyəcəklərin tək xüsusiyyəti isə bununla məhdudlaşmır. Bənzədiyi orqana müsbət təsir göstərən 8 effektli məhsulları sizə təqdim edirik.
Avokado uşaqlıq ağzı xərçənginə maneə olur. Görünüş olaraq uşaqlığa bənzəyən avokado uşaqlıq ağzı xərçənginə qarşı effektlidir. Avokadonun bənzərliyi bununla məhdudlu deyil. Bir avokadonun yetişməsi üçün ana qarnındakı uşaq kimi 9 ay gözləməsi lazımdır.
Qoz beyin sağlamlığını inkişaf etdirir. Görünüşü ilə beyinə bənzəyən qoz beyin sağlamlığını qoruması ilə yanaşı yaddaşı gücləndirir.
Pomidor ürək sağlamlığını qoruyur. İkiyə bölünmüş pomidorun ürəyə bənzədiyini bilirsiniz? Tərkibində isə likopen adlı antioksidan mövcuddur. Bununla yanaşı lif,vitamin kimi vitaminlərlə bol olan pomidor ürəyin dostudur.
Zəncəfil mədə problemlərinin qarşısını alan qidalardandır. Mədəyə bənzəyən görüntüsü isə diqqət çəkən zəncəfil həzmsizlik, qusma, mədə bulantıları və qaz kimi problemlərə müsbət təsir göstərir. Bununla yanaşı qastrit müalicəsində də istifadə edilə bilər.
Badımcan və armud uşaqlıq xərçənginə qarşı effektlidir. Uşaqlığa bənzəyən qidalardan biri badımcan və armuddur. Hormonları tənzimləyir.
Kök isə göz sağlamlığı üçün effektlidir. Tərkibindəki karoten maddəsi gözlər üçün faydalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1