Language:
English
Ayaq ağrılarının səbəbləri
18 July 2018 10569Bir çox insan ayaq ağrılarından əziyyət çəkirlər.
Bu barədə Türkiyənin Acıbadem Kadıköy xəstəxanası travmatoloqu Mehmet İşyarın açıqlamalarını təqdim edirik:
İsinmə hərəkətlərinə başlamadan idman etmək
Tez-tez hündürdaban ayaqqabı geymək
Ayaq quruluşuna uyğun olmayan dar ayaqqabılar
Qaçmaq, pilləkənləri çıxıb-düşmək hərəkətləri zaman ayaq biləyini gücə salmaq.
İdman hərəkətinə uyğun ayaqqabı seçinində yanlışlıq
Düzgün qidalanmamaq. Bu vərdiş ayaq biləyi ilə yanaşı piylənməyə də səbəb olur. Həmçinin sümük, qığırdaq kimi anatomik xüsusiyyətlərinin itməsinə yol açır.
Uzunmüddət ayaqda qalmaq. Oynaqlardakı yük artdıqca qığırdaq quruluşunda degenerasiya baş verir.
Siqaret çəkmək. Siqaret vücudda dövran sisteminə mənfi təsir göstərir. Həmçinin bu, damarlarda gərginləşməyə səbəb olur.
Ayaq biləyi problemlərinin müalicəsində erkən diaqnoz mühüm rol oynayır. Müalicə gecikdiyi zaman isə stress, qığırdaqların daha da zədələnməsinə səbəb olur.
Ağrılar, ayaqlarda şişlik, qızarıqlıq kimi əlamətlərlə özünü biruzə verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1