Language:
English
Alimlərin son tədqiqatlarına görə, aspirin qəbul edən hamilə qadınlar öz övladlarının səhhətini riskə atmış olurlar. Mütəxəssislər təyin ediblər ki, bu preparat uşaq serebral iflicinin yaranma ehtimalını 2.5 dəfə artırır. Bundan başqa, digər ağrıkəsici preparatların istifadəsi də patologiyalara səbəb ola bilər.
Bu nəticələrə alimlər 180000 qadın və onların dünyaya gətirdikləri uşaqların tibbi göstəricilərini təhlil etdikdən sonra gəliblər. Müəyyən edilmişdir ki, 5000-ə yaxın qadın ikinci və üçüncü trimestrdə aspirin qəbul ediblər, daha 5000 qadın ibuprofen və 9000-ə yaxın qadın isə tez-tez parasetamol qəbul ediblər. Müşahidə edilmişdir ki, parasetamol tərkibli dərmanların (əsas komponenti parasetamol olan) qəbulu ikitərəfli uşaq serebral iflicinin inkişaf riskini 30%, birtərəfli uşaq serebral iflicinin inkişaf riskini isə 50% artırır.
O da dəqiqləşdirilib ki, uşaqlar üçün ən böyük risk preparatların hamiləliyin orta dövründə qəbul edilməsidir. Bu cür patoloji proseslərə gətirib çıxaran səbəbləri alimlər dəqiq bilmirlər, lakin bəzi ehtimallar var. Tədqiqat aparan alimlərin fikrincə, onlardan daha inandırıcı görünəni odur ki, preparatın komponentləri hamilə qadının hormonal fonunda dəyişiklik yaradır bu da öz növbəsində uşağın baş beynində pozuntulara səbəb olur.
Klinisistlər tövsiyə edirlər ki, qadınlar hamiləlik dövründə və südvermə periodunda dərman preparatlarından sui istifadə etməsinlər. Əksər hallarda onları xalq təbabəti vasitələri ilə əvəz etmək olur. Hətta bu müalicə metodunu belə həkimlərlə məslət etmədən tətbiq etmək olmaz. Ona görə də hamiləlik dövründə xəstəliklərin profilaktikası ən rasional vasitə hesab edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1