Language:
English
Armudun faydaları
27 June 2018 10709Ölkəmizdə armudun bir neçə növü yetişdirilir. Demək olar ki armudu hər mövsüm tapmaq mümkündür Tərkibində bol miqdarda A, C, Ka vitamini mövcuddur. Həmçinin əzilərək sıxılan suyunda isə A, B1, B2, B3 vitaminlərdən yararlana bilərik.
Armud sərbəst radikalların düşmənidir. Bir çox xəstəliklərin səbəbi olan radikallarla mübarizə aparır. Tərkibində bol miqdarda K və C vitamini mövcuddur. Xolestrini aşağı salır. İflic riskini azaldır.
Xərçəng xəstəliyinə qarşı effektlidir. Klimaksdan sonra süd vəzi xərçənginə qarşı yoluxmaq riskini azaldır.
Allergik reaksiya vermir. Uşaqlar üçün zərərsiz meyvədir.
Qan şəkərini tənzimləyir. C vitamini cəhətdən zəngindir. Antioksidandır.
İmmunitet sisteminizi gücləndirir.
Sümük xəstəliklərinin qarşısını alır. Vücudun ehtiyac duyduğu pH səviyyəsini tənzimləyir.
Enerji verir. Tərkibindəki glükoza itirilmiş enerjini təmin edir.
Həzmi asanlaşdırır.Mədənin sağlamlığı üçün vacibdir.
Hamilə qadınların doğuşdan sonra itirilən enerjilərini bərpa etmək üçün armud ən yaxşı meyvə hesab edilir.
Qızdırmanı aşağı salır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1