Language:
English
Ani yaranan titrəmələrin səbəbləri
13 June 2018 23014Vücudun nəzarəti xaricində gerçəkləşən və təkrarlayan hrəkətlərə titrəmə adı verilir. Titrəmənin səbəbləri, təkrarlama sıxlığını bilmək vacibdir. Daha çox əllərdə və ayaqlarda yaranan titrəmələr, bədənin hansısa bir yerində də müşahidə edilə bilər.Vücudun anidən titrəməsi, yatarkən, hərəkət halında olarkən baş verə bilər.
Ani titrəmə və üşümə krizlərinin psixoloji səbəblərlə də üzə çıxması mümkündür.
Xüsusilə gərginlik, qayğı, əsəbilik hallarının uzun çəkməsi ani titrəməyə səbəb ola bilər.
Stress içində olan insanlarda əzələlər nəzarətsiz şəkildə hərəkət edə bilər. Neyroloji xəstəlikləri olan insanlarda daha çox rastlanır.
Ani titrəməyə səbəb ola biləcək digər səbəblər aşağıdadır:
Sinirlər və əzələlərin həddindən çox yorulması
İdmanla məşğul olan insanlar, fiziki güclərini çox istifadə etdiyi üçün hərəkət etmək onları yora bilər. Vücudun kifayət qədər su almaması və həddindən çox kafeindən istifadəsi ani titrəməyə səbəb ola bilər.
Hormonal dəyişikliklər də ani titrəmə yarada bilər. Əzələlərin nəzarətsiz şəkildə hərəkətləri insanlarda krizlər yarada bilər.
Ən çox titrəmələrin baş verdiyi hallardan biri də parkinson xəstəliyidir.
3 tip ani titrəmə növü vardır. Bunlar istirahət titrəməsi, kinetik və duruş titrəməsidir.
Hərəkət edən zaman yaranan titrəmə və üşümə vəziyyəti kinetik titrəmədir.
Vücudun müəyyən pozisiyada sabit qalması zamanı yaranan titrəmə isə duruş titrəməsidir.
İstirahət titrəmə növü isə xəstəlik səbəbindən yaranan üşütmə və əsmələrdir.
Dərmanlarla müalicə və ehtiyac olduğu zaman cərrahi müdaxilə oluna bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1