Language:
English
Aidə Hüseynova: “Yalnız mütəxəssisin vaxtında müdaxiləsi ciddi patologiyaların inkişaf riskini azalda bilər”
04 August 2018 8833Biz tez-tez özümüzə “ağrı nədir?” deyə sual veririk. Bu gün kiçik çanaq orqanlarındakı ağrılar barədə danışacağıq. Suallarımızı “Aysmed” klinikasının mama-ginekoloqu Aidə Hüseynova cavablandırıb.
– Hər üç qadından biri. Bu şikayətlər soyuqdəymə nəticəsində, endometrioz, adenomioz, uşaqlıq törəmələri və sidik-cinsiyyət infeksiyaları səbəbindən ayarana bilər.
– Reproduktiv yaş həddinə çatmış bütün qadınlar belə ağrılarla həyatlarında heç olmasa bir dəfə üzləşirlər. Təəssüf ki, ginekoloqa nadir hallarda müraciət etdiklərindən çox vaxt gənc qızlarda ağrının nə ilə əlaqədar olduğunu müəyyənləşdirə bilmirik. Buna görə də müalicə üçün çox vacib məqamı əldən vermiş oluruq.
– Ağrının səbəbini müstəqil müəyyənləşdirmək mümkün deyil. Xanımlara tövsiyə edərdim ki, belə hal qeydə alınarsa, müayinə üçün mütəxəssisə müraciət etsinlər. Çünki laborator və diaqnostik müayinələrin aparılması mütləqdir. Həmçinin, bəzən digər mütəxəssislərin – uroloq, fleboloq və ya nevroloqun müdaxiləsinə ehtiyac olur.
– Qeyd etdiyim kimi, buna əksər hallarda soyuqdymə səbəb olur. Bunun nəticəsində bir çox ciddi xəstəliklər, hətta sonsuzluq yarana bilər. Bundan başqa, endometrioz, uşaqlıq mioması, kiçik çanaqdakı yapışmalar və şişlər ağrılar verə bilər. Və yalnız mütəxəssisin vaxtında müdaxiləsi ciddi patologiyaların inkişaf riskini azalda bilər.
– Təəssüf ki, bədxassəli şişlər özünü ən son mərhələlərdə büruzə verir. Nadir hallar olur ki, şikayətlər xəstəliyin əvvəlində üzə çıxsın. Profilaktika məqsədilə hər il USM müayinəsindən keçmək lazımdır. Ginekoloqun vaxtlı-vaxtında müayinəsi isə uşaqlıq boynu xərçənginin erkən diaqnostikasına şərait yaradar.
– Bəli, özü də uğurla. Müalicə metodu ilk növbədə pasiyentin fərdi xüsusiyyətlərinə, onun yaşına, diər xəstəliklərin olub-olmamasına müvafiq seçilir. Amma əsas odur ki, xanımlar həkimə vaxtında müraciət etsinlər. Xəstəliyin orqanizmdə məskunlıaşma müddəti nə qədər çox olarsa, onu aradan qaldırmaq o qədər çətin olur. Ona görə də xanımlara üzümü tutub deyirəm: etibar edəcəyiniz həkiminizi tapın, müntəzəm olaraq müayinədən keçin və onda heç bir xəstəliyin inkişaf etmə şansı belə olamayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1