Language:
English
Zəif saçları necə bərpa etmək olar?
10 March 2018 12530Saçlar qadınların zəif nöqtəsidir. Belə ki, hər qadın gur, sağlam saçlara sahib olmaq istəyər.
Tükiyəli Nafiz Karagözoğlu sağlam, baxımlı, gur saçların sirrini açıqlayıb.
Bu qaydalara riayət etməklə saçlarınızı tökülməkdən qoruya bilərsiniz:
- Saçı çox daramayın.
- Saçınızı həddindən artıq daramaq saç qıranlara səbəb olur. Həmçinin zaman keçdikdən sonra saç tökülməsi başlayır.
- Fendən diqqətlə istifadə edin.
- Saçınıza nə qədər istilik versəniz o qədər çox zədə alar. Təbii qurutmaq saçı daha sağlam edər. Fendən istifadə edəcəyiniz təqdirdə belə istilik dərəcəsini ən aza qoyun. Qurudan zaman feni ən az 15 sm uzaqlıqda tutun.
- Kimyəvi təmizləyici vasitələrdən uzaq durun.
- Təbii şampun və ya əsl sabundan istifadə edərək saçlarınızın ömrünü uzada bilərsiniz.
- Bəzən təmiz olsun deyə şampundan dəfələrlə istifadə edilir. Amma əsas məsələ çox istifadə deyil, dərini yaxşı təmizləməkdir.
- Saçınızı nəmli formada daramayın. Geniş dişli daraqlarla yüngül darayın. Quru saçları darayın.
- Yaz və qışda saçlarınızı günəş şüalardan qorumaq vacibdir. Quru saçlar daha tez qırılır. Belə zamanlarda papaqdan istifadə edin və ya günəşdən qoruyan kremlərdən istifadə edin.
- Hovuza daxil olan zaman qoruyucu bonelərdən istifadə edin. Çünki xlor saçları quruda bilir.
- Saç yüksək enerji tələb edir. Bu səbəbdən şok yaradacaq pəhrizlər tətbiq etməyin.
- C vitamini və selenium tərkibli qidalardan istifadə edin. Balıq, hind əti və s. yeyə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1