Language:
English
Keyfiyyətli zeytun yağını ayırd etməyin əsas yolları
06 March 2018 14539Zeytunun faydaları hər kəsə məlumdur. Həzm sistemindən dəriyə qədər faydalı olan məhsulun təəssüf ki, saxtaları da satışdadır. Əksər insan isə bu saxta zeytunu almağa məcbur olur. Mütəxəssislər keyfiyyətli məhsulun əlamətlərindən danışıb.
Tükiyənin İzmir şəhərində yerləşən Zeytunculuq Araşdırma İnstitutunda mütəxəssislər tərəfindən müxtəlif növ araşdırmalar aparılıb.
Qida mühəndisi Oya Köseoğlu, zeytun yağı istehsalında artışın yüksəldiyini qeyd edərək keyfiyyətli məhsuldan danışıb: “Hər kəs evində aparacağı sadə test vasitəsi ilə məhsulun necə olması barədə fikir əldə edə bilər. İlk olaraq yağ iylənməlidir. Şüşənin ağzı açıldığndan 10-15 saniyəlik iyləmə prosesi olmalıdır. İyləyən zaman meyvənin qoxusunun gəlib-gəlmədiyi, yeni məhsul iyi verib –vermədiyinə diqqət edilməlidir”.
- Mütəxəssis zeytun yağında hansı iylərin gəlməli olduğunu bildirib.
- Ot, badam, müxtəlif çiçək qoxuları keyfiyyətli zeytun yağında olmalıdır.
- Boya qoxusu hiss etsəniz bu, onun saxta olmasından xəbər verir.
Həmçinin mütəxəssis digər nünasları da qeyd edib:
- Kif, rütubət, sirkə, turş iylər bu növ yağda istənilməyən qoxu növlərindəndir.
- İnsanlar adətən boğazda yanma hissi yaradan yağın pis olduğunu düşünürlər. “Yanma hissiyatı əsl zeytun yağında olmalıdır. Bundan əlavə olaraq acılıq dadı da yağın keyfiyyətli olmasına dəlalət edir. Əgər dilimizin üstündə yanma, aroma, acılıq hiss ediriksə bu, yağın keyfiyyətli olduğunu göstərir. Nə qədər acı olarsa bu, zeytunun o qədər antioksidana sahib olduğu mənasını daşıyır”,-deyə mütəxəssis söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1