Language:
English
Antidepressant alkoqolizmdən xilas edir?
05 March 2018 13843Kvinslend universiteti klinisistləri bir sıra tədqiqatlardan sonra müəyyənləşdiriblər ki, alkoqolizmdən qurtulamaq üçün antidepressantlar qrupuna aid olan Tandospiron preparatından istifadə etmək olar.
Qeyd etmək lazımdır ki, bu vasitə nəinki hədsiz alkohol qəbulundan qurtulmağa, həmçinin, orqanizmin bərpa olunmasına kömək edir, baş beyinin işini normallaşdırır, habelə, kəsilmə sindromunun qarşısını alır.
Kliniki tədqiqatlar çərçivəsində siçanlar üzərində təcrübə aparılmışdır. 15 həftə ərzində gəmiricilərə alkohol verilmiş və onlarda bu maddəyə qarşı asılılıq yaradılmışdır.
Diaqnostik metodla müəyyənləşdirilib ki, alkohol səbəbindən gəmiricilərin beynindəki yeni neyron əmələ gəlməsi prosesi dayanıb.
Bundan sonra növbəti iki həftə ərzində siçanların orqanizminə bir kq kütləyə 3 ml olmaqla Tandospiron yeridiblər ki, bunun da sayəsində neyron dağılması prosesi dayanıb.
Klinik təcrübələrin insanlar üzərində nə zaman aparılacağı bəlli deyil. Buna baxmayaraq, alimlər ehtimal edirlər ki, təcrübələrin nəticələri alkoqolizmin yeni müalicə metodlarından birinə çevrilə bilər.
Ümumilikdə qeyd etmək lazımdır ki, alkoqolizm dünyada ən geniş yayılmış xəstəliklərdəndir. Problem odur ki, insan daimi spirtli içki qəbulu fonunda deqradasiya etməklə yanaşı, daha ağır xəstəliklərə də düçar olar bilər, onların isə bir qismi ölümlə nəticələnir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1