Language:
English
Bağırsaq xərçəngindən qorunmağın yolları
05 March 2018 12346Qalın bağırsaq xərçəngi həm kişilərdə, həm də qadınlarda çox rastlanılan xəstəlikdir. Bu xərçəng növünün ən vacib özəlliyi gizli inkişaf etməsidir. Bu səbəbdən xəstələrin ən az dörddə birinə ilk diaqnoz xəstəliyin irəliləyən günlərində qoyulur. Buna baxmayaraq bu xəstəliyin qarşısını almaq mümkündür. Bu barədə türkiyəli qastreontoloq Nurdan Tözün qeyd edib. O, qorunmağın yollarından danışıb.
Qalın bağırsaq xərçəngi düzgün qidalanmamaqla birbaşa əlaqəlidir. Xüsusilə də hədsiz yağlı qidalar, qırmızı ət xəstəlik üçün riskdir. Bunun üçün sosiska, kolbasadan çəkinmək vacibdir.
Mütəxəssis, meyvə və tərəvəz yeməyi mütləq şəkildə məsləhət görür.
Gündə 50 qr və daha artıq spirtli içki qəbul edən şəxslərdə qalın bağırsaq xərçəngi riski daha yüksəkdir. Tərkibində xərçəngi yaradan maddələr mövcuddur. Siqaret də tərkibindəki nikotinə görə, şişin böyüməsinə təkan verərək yayılmasını asanlaşdırır.
Artıq çəkilərdən xilas olmalısınız. Diabetdən ürək və damar xəstəliklərinə səbəb olan artıq çəki bu xəstəlik üçün də zərərlidir.
Mütəmadi olaraq idmanla məşğul olun. Hərəkətsizlik ən böyük xəstəlikdir. Həftənin ən az üç günü 30 dəqiqə olaraq qaçın və ya gəzintiyə çıxın.
Ailənizdə və ya qohumunuzda bu xəstəlikdən əziyyət çəkən olubsa siz də risk payı daşıyırsınız.
Yumurta və D vitamini bu xərçəngə qarşı qalxan rolulunu oynayır. Bunu aparılan araşdırmalar da təsdiq edir. Ancaq D vitamininin tam olaraq xəstəlikdən necə qoruduğu bilinmir.
Qorumaqla yanaşı bu əlamətlərə diqqət edin:
- Qarın ağrısı;
- Tualet ehtiyacı zamanı qan görülərsə;
- Qəbiz və ya ishal;
- Qansızlıq;
- Baş dönməsi olarsa mütləq vaxt itirmədən həkimə müraciət edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1