Language:
English
Ən çox yayılan göz xəstəliyi – Qlaukoma nədir?
01 March 2018 14205Qlaukoma göz problemi ən çox yayılan xəstəliklərdən hesab edilir.
Qlaukoma göz təzyiqi problemidir. Gözün görmə sinirinə zərər verərək görmə qabiliyyətinin itməsinə və korluğa səbəb olur. Bu xəstəlik göz içindəki maye təzyiqinin yüksəlməsi ilə ortaya çıxar. Erkən diaqnoz və müalicə ilə görmə itkisinin qarşısı alına bilər.
- Ailəsində qlaukoma xəstəliyi olanlar
- Yaşı 40-dan yuxarı olanlar
- Göz zədələnmələri
- Qan təzyiqi
- Şəkər xəstəliyi
- Miqren
- Göz yaralanması yaşayan insanlar 1-2 ildə bir göz müayinəsinə getməlidirlər.
Açıq qlaukoma ən çox qarşılaşılan növlərdəndir. Digər qlokom tipləri nadir olaraq görülür.
Aşağı və ya normal təzyiqli qlaukoma – normal göz içi təzyiqinə sahib insanlarda optik sinir zədəsinin və görmə itkilərinin ortaya çıxmasıdır. Dərmanlarla göz içi təzyiqinin ən az 30 faiz aşağı düşməsi ilə bəzi xəstələrdə xəstəliyin irəliləyişi yavaşıda bilər.
Göz cərrahisi, irəli səviyyədə olan katarakt, göz yaralanmaları, bəzi şişlərlə əlaqədar olaraq qlaukoma xəstəliyi yarana bilər.
Müalicə dərmanlar, lazer şüa və ya əməliyyatla edilir.
Göz təzyiqi yüksəksə qlaukoma xəstəliyi üçün riskli qrupda olduğumuz mənaya gəlir. Sadəcə optik siniri zədə görmüş xəstələrə qlokom diaqnozu qoyulur. Optik sinir zədələnməyibsə göz içi təzyiq yüksək olsa belə qlokom diaqnozu qoyula bilməz.
Nəzərinizə çatdıraq ki, göz içi təzyiqi yüksək olan hər xəstədə qlaukoma inkişaf etməz.
Xəstəliyin ilk mərhələlərində hansısa əlamət görülmür. Görmə itkisi yaranmaz. Hansısa ağrılar baş verməz. Xəstəlik irəlilədikcə isə görmə qabiliyyəti itməyə başlayır. Müalicə edilməzsə görmə zəifliyi yaranar. Nəticədə isə görmə itkisi baş verər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1