Language:
English
Diş təmizliyində doğru bilinən yanlışlar
24 February 2018 12123Əksər insan ağız və diş sağlamlığında yanlış fikirlərə sahibdirlər. Qulaqdan eşitmə məlumatlarla hərəkət etmək diş əti xəstəliklərinə, hətta diş itkisinə səbəb olur.
Diş sağlamlığı haqqında doğru bilinən yanlışlardan bəhs edən türkiyəli stomotoloq Aslıhan Üşüməz, gündə 2 dəfə diş fırçalamağın günlük təmizlik üçün kifayət etmədiyini söyləyib. Bu barədə stomotoloq yanlış bilinənlərdən bəhs edib: “Diş fırçaları dişlərin bütün səthlərinə yetmir. Bunun üçün də mütləq şəkildə diş iplərindən istifadə etmək lazımdır. Ağız qarqaraları da gigiyena baxımından əsasdır”.
Xalq arasında bəzi gerçək bilinən yanlışlar var ki onlardan biri də dişləri fırçalamadan öncə fırçanın və fırçaya çəkilən məcunu nəmləndirmək düşüncəsidir.
Fırça əsla yuyulmamalıdır. Əksinə olaraq məcun, ağız içərisində fırçalama zamanı köpüklənməlidir. Çünki fırçanın yuyulması, onun tüklərinin yumşalmasına səbəb olur. Bu da dişləri təmizləməyə kifayət etmir.
Bu barədə söylənilən digər fikirlərdən biri də diş məcunundan bol istifadə etməkdir. Bu zaman dişlərin daha yaxşı təmizlənəcəyinə inanılır. Ancaq reklamlardakı kimi məcun fırçanın hamısına çəkilməməlidir. Hətta mərcimək qədər çəkmək diş təmizliyi üçün yetərlidir.
Bu tamamilə yanlışdır. Bu, iltiabın daha da böyüməsinə və yayılmasına səbəb olar.
Unudulmamalıdır ki, dişləri sərt formada fırçalamaq faydadan çox zərərdir. Bu diş minerallarının zədələnməsinə, dişlərdə həssalığın yaranmasına, diş əti çəkilməsinə səbəb olur. Bu səbəbdən orta və yumşaq fırçalar seçilməlidir.
Uşaqlıqda qazanılan süd dişləri gələcəkdə yeni dişlərlə əvəzləndiyi üçün bəzən diqqət edilməz. Ancaq süd dişləri qalıcı dişlər qədər vacibdir. Çünki süt dişləri qalıcı dişlər üçün həmin nahiyəni qorumaqla məsuliyyət daşıyırlar. Bu səbəbdən uşaqlıqda gündə ən az iki dəfə dişlər fırçalanmalıdır. Süd dişlərinin baxımı və təmizliyi uşaqlıqdan dəstəklənməlidir.
Bəzən ağızdan iy gəlmənin səbəbi dişlərə düzgün baxmamaqla əlaqədar olur. Bunun üçün diş iplərindən və ağız qarqaralarından istifadə edilməlidir. Əgər yenə də təmizlənmirsə stomotoloqa müraciət edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1