Language:
English
Professordan qızıl tövsiyələr
24 February 2018 13658Bəzi insanlarda diqqət əksikliyi, əsəbilik vəziyyəti hökm sürür. Bunun səbəbləri isə müxtəlif olur.
Altda yatan əsas səbəblərdən bəhs edən türkiyəli professor İbrahim Saraçoğlu, çörəkdən bəhs edərək, diqqət əksikliyinə qarşı təzə sıxılmış kök suyunun içilməsinin vacib olduğunu tövsiyə edib.
Gaziantep Böyük şəhər bələdiyyəsi tərəfindən professor İbrahim Saraçoğlunun iştirakı ilə “Sağlam həyat və bitkilər” adlı konfrans təşkil edilib.
Həkim müzakirə zamanı problemlərin həll yolundan danışıb. Diqqət dağınıqlığı və tez əsəbləşməyin əsas səbəblərindən danışan həkim, bunun çörək səbəbiylə baş verdiyini anladıb.
Saraçoğlu problemli dərilərdən də bəhs edib. O, sızanaqlardan qurtulmağın təbii üsullarından danışıb. Bunun üçün soğan kəsilərək sızanağın üzərinə çəkilməlidir. Yaranan ləkələr üçün isə qarğıdalı yeməyin çox faydalı olacağını bildirib.
Baş ağrılarının ən böyük səbəblərindən birinin isə şirniyyat yemək olduğunu qeyd edib. Saraçoğlunun sözlərinə görə, miqreni olanlar şirniyyatlardan uzaq durmalıdırlar. Həmçinin belə xəstələrə bibəriyə çayını içməklərini məsləhət görüb.
Vücudda problemin yaranmasının qarşısını almaq üçün isə qurudulmuş gilas yarpaqlarından hazırlanan dəmləmə çayının faydalarından danışan Saraçoğlu, selülit üçün bol maye qəbulunu vacib bilib. Bununla yanaşı qəhvədən uzaq durmağı tövsiyə edib.
Sinüzit, revmatizma, allergiya, təzyiq, şəkər xəstəliyi, bel və boyun yırtığı kimi mövzulardan bəhs edən İbrahim Saraçoğlu, təzyiq və xolestrol üçün cəfəri limonla sarımsaq istifadə etməyi məsləhət görüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1