Language:
English
Amerikalı bir qrup alim tədqiqat aparıb və hansı meyvə və tərəvəzin orqanizm üçün təhlükəli olduğunu müəyyən edib. Bu siyahıya çoxlarının sevdiyi çiyələk başçılıq edir. Alimlərin fikrincə, məhz bu giləmeyvədə insan orqanizmi üçün ziyanlı olan pestisid və digər kimyəvi maddələrin miqdarı digərlərindən daha çoxdur. İkinci yerdə adətən faydallı sayılan məhsullar dayanır. Alimlərin sözlərinə görə, bunlar alma və ispanaqdır. Çiyələkdə olduğu kimi, adıçəkilən bu məhsulların da tərkibində çox miqdarda kimyəvi əlavələr var. Üçüncü yerdə şaftalı, armud və üzüm dayanır. Tədqiqatların nəticələrinə görə, bu meyvələrdə zərərli maddələrin miqdarı vitamin və digər faydalı maddələrin miqdarından daha çoxdur. Qeyd olunur ki, burada söhbət yalnız mövsümündə qəbul edilməyən meyvələrdən gedir. Bu, onunla izah edilir ki, həmin meyvələrin yetişdirilməsi üçün ziyanlı kimyəvi maddələrdən istifadə olunur.
O ki qaldı sağlamlıq üçün faydalı olan meyvə və tərəvəzlərə, alimlərin rəyinə görə, onlar arasında ən təhlükəsizləri pomidor, kartof və şirin istiotdur. Eləcə də, ilin istənilən dövründə kivi, qreypfrut və soğan da sağlamlıq üçün faydalıdır. Tədqiqatlar göstərir ki, bu məhsullarda demək olar ki, zərərli maddələr yoxdur və onlar orqanizm üçün maksimum faydalıdır. Onu da demək lazımdır ki, bu meyvə və tərəvəzlər, həmçinin, piylənmədən əziyyət çəkənlər üçün də çox xeyirlidir. Klinisistlər tövsiyə edirlər ki, qida rasionu elə tərtib edilməlidir ki, oraya orqanizm üçün zəruri olan maddələr daxil olsun. Bundan başqa, heyvan mənşəli məhsulları da (ət və süd məhsulları) unutmaq olmaz. Düzgün qida rasionu tərtib etmək üçün isə yaxşı olar ki, qastroenteroloq və ya dietoloqa müraciət edəsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1