Language:
English
Miqren və depressiya arasında əlaqə aşkarlanıb
08 January 2018 19772Çin alimləri apardıqları genişmiqyaslı tədqiqatlardan sonra belə bir qənaətə gəliblər ki, depressiv vəziyyət, miqren və xroniki baş ağrıları bir birilə sıx əlaqəlidir. Onlar əmindirlər ki, bu patologiyaları eyni zamanda müalicə edəcək dərman vasitəsi də hazırlamaq olar.
Miqren və daimi baş ağrılarından şikayət edən insanlar depressiya, aşağı əhval-ruhiyyə və əsassız təşvişli vəziyyətlərdən başqaları ilə müqayisədə daha çox şikayətlənirlər.
Bu nəticəyə gəlmək üçün tədqiqatçılar nevroloji şöbədə qeydiyyatda olan 600-dən çox pasiyentin sağlamlıq göstəricilərini öyrəniblər.
Miqren özünü başın bir yarı hissəsində möhkəm və əzabverici ağrılar kimi biruzə verir. Bu patologiya bir çox səbəblərdən yarana bilər, məsələn, hava şəraitinin dəyişməsi, həddindən artıq fiziki yüklənmə, uzun müddət yuxusuz qalma və s. Belə şikayətlər tez-tez əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur ki, bu da depressiya üçün səciyyəvidir.
Öz növbəsində, təşvişli vəziyyətdə olan və ya müxtəlif növ depressiyalardan əziyyət çəkən insanlar başqalarına nisbətən xroniki baş ağrılarından daha çox şikayətlənirlər.
Tədqiqatçılar iddia edirlər ki, bu məlumatlar ona dəlalət edir ki, yuxarıda qeyd olunan xəstəlikləri birləşdirən ümumi faktorlar var. Bu isə o deməkdir ki, elə bir preparat yaratmaq zərurəti yaranıb ki, onun istifadəsi zamanı bir xəstəliklə yanaşı digər şikayətlər də aradan qalxsın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1