Language:
English
Bunu 1350 gözəl qadın və bir o qədər də cazibədar olmayan kişi üzərində aparılmış tədqiqatlar göstərib.
Təxəyyülünzdəki “Ağ atlı gözəl şahzədə” obrazını silmək vaxtıdır. “Ağ at”ın bəlkə də yeri var, amma “gözəl şahzadə” bir az qəliz məsələdir. Bir çox araşdırmalar göstərib ki, qadınlar cazibədar olmayan kişilərlə daha xoşbəxtdirlər. İndi bu haqda qısaca da olsa, danışacağıq.
Tədqiqatlara görə, heteroseksual münasibətlər qadın kişidən cazibədar olanda daha uğurlu olur.
Araşdırmalar göstərib ki, ər arvaddan daha yaraşıqlı olan təqdirdə, bu, qadına neqativ təsir göstərə bilər. Nəticədə onlarda depressiya, narahatlıq, narkotik və ya alkohol asıllığı və bir sıra başqa ağırlaşmalar üzə çıxa bilər ki, bu da çəkinin sürətlə azalması ilə nəticələnir.
“Body İmage” jurnalında dərc olunan elmi araşdırmaların nəticələri onu göstərir ki, bir sıra sosial faktorlar qadının qida vərdişlərinə mənfi təsir göstərir və bu da qida qəbulunun pozulmasına səbəb ola bilir.
Başqa sözlə desək, qadınlar cazibədar olmayan kişilərlə yaşadıqda dieta saxlamağa zərurət duymurlar, bu da onları daha xoşbəxt edir.
Qadınlardan fərqli olaraq, kişilər öz partnyorlarının xarici görkəminə uyğunlaşmaq üçün dieta saxlamağı lazım bilmirlər.
Həm qadın, həm də kişilərin XXI əsr gözəllik ideallarının dağıdıcı təsirinə məruz qalmarına baxmayaraq, tədqiqatlar göstərir ki, qadınlar xarici görkəmin qiymətləndirilməsi məsələsinə daha həssasdırlar və real həyatda partnyorlarının “tələblərinə” cavab verməməkdən qorxurlar.
Tədqiqatçılar bu cür mənfi təsirlərdən qorunmaq üçün cütlüklərə müraciətlə çıxış ediblər. Müraciətdə deyilir: “Qadınlara yardım göstərməyin yollarından biri partnyorlarının onlara yüksək dəyər verib, sevgilərini bildirmələridir. Yetər ki “Sən gözəlsən. Mən səni necə varsan sevirəm” və s. kimi sözlər deyilsin”.
Bundan başqa, qadınların daha romantik olmalarına nəzərə alıb, onların mənəvi keyfiyyətlərini də qabartmaq lazımdır. Bu ifadələr sizin yardımçınız ola bilər: “Mən səni çox dəyərləndirirəm, çünki sən xeyirxah və ağıllısan” .
Bütün yuxarıda qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, əgər kişilər qadınlarına münasibətlərini bir qədər dəyişib, həmçinin, sosial faktorların onlara təsir mexanizmlərini başa düşərlərsə, o zaman ailələrində hormonik münasibətləri bərpa etmək asanlaşar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1