Language:
English
1 il ərzində limonlu su istifadə etsəniz nə olar?
25 September 2018 6298Sağlam bağırsaqlar və həzm sistemi vücudun təməl əsaslarıdır. Bağırsaqların fəaliyyəti maddələr mübadiləsi cəhətdən olduqca mühümdür. Bağırsaqların fəaliyyəti yaxşılaşdıqca vücudun gücü də yüksələcəkdir.
Hər səhər içilən ilıq limonlu su bağırsaq təmizliyinə yardım edir. Limonlu su təbii antioksidant və C vitamini qaynağıdır.
Limonlu su dərinizdəki ləkələrdən qısa müddətdə xilas olmağınıza kömək edir. Həmçinin qırışıqların da qısa müddətdə yaxşılaşmasını təmin edir.
Qaraciyərin fəaliyyətinin düzgün olması üçün də limonlu sudan istifadə edə bilərsiniz.
Bununla yanaşı bu növ su bədəni zərərli toksinlərdən xilas edir, zərərli bakteriyalaran təmizləyir.
Gündə 1 stəkan limonlu su içmək maddələr mübadiləsini sürətləndirir, immunitet sitemini gücləndirir. Qrip və soyuqdəymə üçün idealdır.
Pəhriz zamanı limonlu sudan istifadə edə bilərsiniz. Belə ki, bu maye arıqlamağınıza kömək edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1