Language:
English
Əti manqal edərkən diqqətli olun – Bu nüansları unutmayın
24 May 2018 6214Yaz ayının gəlməsi ilə birlikdə əksər insan həftə sonları manqalda qızardılan yeməklərə üstünlük verirlər. Ancaq sağlamlığınızın da sizin kimi özünü yaxşı hiss etməsini istəyirsinizsə bəzi nüanslara diqəqət etməlisiniz.
Aparılan araşdırmalara görə, yüksək miqdarda qırmızı ət istifadə etmək ildə 50.000 insanın xərçəng xəstəliyindən ölümünə səbəb olur. Həmçinin yüksək istiliyə məruz qalan ət şəkər xəstəliyi və xərçəng riskini də artırır.
Digər araşdırma isə yerli ədviyyatlarla ətin tərkibində olan zərərli toksik maddənin azalmasını təmin etməyin mümkünlüyünü təsdiqləyib.
Xüsusilə zəncəfil, zərdəçal, limon otu ilə əti qarışdırmaq toksik maddələrin yaranmasının qarşısını alır.
Mövsümünə uyğun yaşıllıqlar ilə hazırlanan salat antioksidan xüsusiyyəti ilə ətin bişirilməsi zamanı toksik maddələrin vücuddan atılmasına kömək edə bilər.
Bunun üçün dərəotu, nanə, soğanı süfrənizdən əksik etməyin.
Həmçinin sosis, kolbasa kimi qidaların qızardılması da sağlamlıq üçün uyğun deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1