Language:
English
Ənginarın bilmədiyiniz faydaları
11 May 2018 12137İnsan sağlamlığı üçün faydalı olan qidalardan biri də ənginardır.
Türkiyəli mütəxəssis Dəniz Şafak güclü antioksidan olan ənginarın bahar aylarında istifadə edilməyinin faydalarından bəhs edib.
Ənginar, həzm sisteminin funksiyalarını sürətləndirir.
Yüksək lif tərkiblidir.
100 qramında sadəcə 67 kalori mövcuddur. Tox tutma xüsusiyyəti ilə pəhrizdə olanların əsas köməkçisidir.
Bağırsaq sistemini tənzimləyir.
Vücuddan spirtli içkilərin təsirinin uzaqlaşdırılmasına kömək edir.
Həmçinin vücudda yağ toplanmasının qarşısını alır.
Uzun illərdir aparılan bir çox araşdırmalar, ənginarın ürək, mədə sağlamlığını qoruduğunu təsbit ediblər.
Nəzərinizə çatdıraq ki, ənginarın yarpaqları ən az içi qədər faydalıdır.
Hüceyrələri yeniləyir.
Yorğunluq hissini azaldır.
Vücuddan toksinləri atır.
B1, B2, B6 vitaminləri ilə zəngindir.
Ancaq ənginarı uzunmüddət bişirmək düzgün deyil. Uzunmüddət istiyə məruz qalarsa tərkibindəki vitaminlər məhv olur.
Ənginar az yağlı formada bişirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1