Language:
English
Ən çox görülən ağrı - Miqren xəstəliyi qorxuludur?
Miqren, təktərəfli, şiddətli ağrılarla və qusmağın da müşahidə edildiyi, birdən çox səbəbi olan xəstəlik növüdür.
Bəs əsas əlamətləri nədir?
Şiddətli baş ağrısı
Beyində yaranan təktərəfli ağrılar
Mədə bulantısı
Gözlərdə ağrı
İylərə qarşı həssaslıq
İştahsızlıq və s.
Xəstəliyin növləri də mövcuddur:
Auralı və aurasız miqren
Nəzərə çatdıraq ki, auralı miqrendə ağrılardan əvvəl, görmə pozğunluqları, gözün qabağına işığın gəlməsi halları müşahidə edilə bilər.
Bəs miqren necə müalicə edilir? İki cür müalicə üsulunu qeyd etmək mümkündür: Ağrıkəsicilərlə və qoruyucu vasitələrlə edilən müalicə
sistemi.
Birinci üsul, ayda 2-3 dəfə ağrısı olan insanlar üçün kifayət edən müalicə vasitəsidir. Pasiyent bü növ dərmanlardan həkimin bildirdiyi miqdarda istifadə
etməlidir. Qoruyucu müalicə növündən isə baş ağrılarının şiddəti, sıxlığı, tutma sayını azaltmaq üçün istifadə edilir. Bu
zaman depressiya əleyhinə olan, ürək ağrıları və ya epilepsiya zamanı qəbul edilən dərmanlardan istifadə edilə bilər. Müalicə üsulunun müddəti xəstənin vəziyyətinə görə
dəyişir.
Miqrenin tək bir səbəbi yoxdur.
Bəs hansı faktorlar bu xəstəliyi yarada bilir?
Hormonal dəyişikliklər
Ətraf aləm
Qidalar
Yorğunluq
Hormonal dəyişikliklərə aiddir:
Menstruasiya dəyişikliyi
Hamiləlikdən qorunma həbləri
Hamiləliyin ilk 3 ayı və doğumdan sonrakı 6 ay.
Klimaks dövründə edilən hormonal müalicələr miqrenin
yaranmasına təsir göstərə bilər.
Ətraf aləm:
Parlaq və yanıb-sönən işıqlar
Kompyuter oyunları
Əsəbilik, həddindən çox sevinmək
Aclıq, vaxtında yeməmək
Ətir qoxuları
Yuxusuzluq
İqlik dəyişiklikləri
Qidalar:
Öncə qeyd edək ki, hər qida hər kəsdə eyni təsiri
yaratmaya bilər.
Spirtli içkilər, qırmızı şərab
Çox qəhvə içmək, kafein, çay
Süni dadlandırıcılar
Turşular
Hazır qidalar
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1