Language:
English
Ürək-damar, xərçəng xəstəliyindən qorunmağın yolları
11 May 2018 10446İnsan sağlamlığı ilə bağlı yazdığı məqalələrdə diqqət çəkən Türkiyəli professor Oğuz Özyaral, bu dəfə ki, yazısı ilə bir çox insanların maariflənməsinə səbəb olub. Həkim, ürək, damar, xərçəng xəstəliyindən qoruyan meyvə və tərəvəzlərdən bəhs edib. Həmin yazını nəzərinizə çatdırırıq:
Salat hazırlayan zaman müxtəlif rəngli meyvə və tərəvəzlərdən istifadə edilməlidir.
Rənglərdən doğru istifadə edilərsə bir çox xəstəliklərdən qoruna bilərsiniz.
Bu rənglərin başında qırmızı gəlir. Bu isə pomidor deməkdir. Prostat xərçənginin qarşısını alır. Tərkibində bol miqdarda likopen var. Likopen isə antioksidandır. Qan təzyiqini stabiləşdirir, şişlərin əmələ gəlməsini dayandırır, xolestrin səviyyəsini tənzimləyir. Ürək-damar xəstəliklərindən qoruyur. Qırmızı qan daha çox artır.
Böyürtkən və moruq – Qocalmağa qarşı istifadə edə bilərsiniz. Həmçinin gilas, qarağat, çiyələk bu qəbilədəndir. Hüceyrə yaşlanmasını gecikdirir, enerji verir.
Narıncı rəng qidalar xərçəng hüceyrələri ilə mübarizə aparırlar. Kök, yer alması, şirin kartof, manqo, qoz, qarğıdalı, naringi bu qəbilədəndir. A vitamini ilə zəngindir. İmmuniteti gücləndirir və təbii antioksidandır. Vücuddakı zərərli maddələrə qarşı savaşır.
Portağal, qreupfurt, çobanyastığı, şaftalı C vitamini qaynağı olduğundan xərçəng hüceyrələrinin inkişafına maneə olur.
Banan ilə ürək sağlamlığınızı qoruyun. Limon, ananas, armud, sarı bibər, ürək və immuniteti gücləndirir, həzmi asanlaşdırır. Dəriyə parlaqlıq verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1