Language:
English
Ürək döyüntüsünün normadan çox olmasının səbəbləri
03 October 2018 69363Ürək xəstəlikləri vətəndaşlar tərəfindən maraq mövzusu olaraq qalır. Ürək vücudun ən vacib orqanlarından biridir. Dəqiqədə 60 ilə 80 dəfə döyünür. Bu rəqəm artdıqca həkimə müraciət edilməlidir.
Ürək ritminin pozulması "aritmiya" adlanır. Aritmiyanın bir neçə növü var. Bəzən aritmiya özünü heç bir simptomla büruzə vermir. Lakin əksər hallarda insan ürək ritminin pozulmasını hiss edir.
Bunun üçün həkim EKO testi istəyə bilər. Həmçinin tiroid vəzlərinin yoxlanılması, qan testi ilə qansızlığın olub-olmaması araşdırılmalıdır. Ürək döyüntüsünün səbəbi stress, düzgün qidalanmamaq, həyəcan və s ola bilər.
Bunun üçün ilk olaraq lazımi tədbirlər görülməli, analizlər aparılmalıdır. Bundan sonra isə kardioloq düzgün diaqnozu qoya biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1