Vugar  Guliyev hekimtap.az

Vugar Guliyev,Uzm.

Orthopedist-traumatologist

Uzman

6 years of experience

Baku
Skolioz
 hekimtap.az

Skolioz

Author: Uzman travmatoloq-ortoped Vüqar Quliyev
2299

Published: 13.07.2018
Vugar Guliyev

Skolioz nədir?

Skolioz xüsusən, üşaqlarda görülən onurğa sütunun deformatik əyriliyidir. Latınca “skoliosi” kəlməsindən əmələ gəlir mənası “əyri” deməktir. Uşaqlarda kosmetik problemlərdən ziyadə, əyrilik dərəcələrində nəfəs alma sıxıntısı və ağrı simptomlar ortaya çıxır.

Skolioz diaqnozu necə qoyulur?

Skolioz xəstələri  adətən, valideynlərin təsadüfən görməsi ilə həkimə gətirilir. Həkim müayinəsində rahatlıqla diaqnoz qoyulur. Skolioz  diaqnozunda ilk öncə rentgen filmləri istənir, bu bizə skoliozun dərəcəsi ve yeri haqqında məlumat verir. Skolioz başqa bir xəstəliklə birlikdə olduqda və ya iləri bucaqlı skoliyozlarda Kompyuter Tomoqrafiya(KT) və / vəya Maqnetik Rezonans (MR) istənilə bilinir.

Skolioz müalicəsi necə aparılır?

Skoliozun əyrilik bucaqları Cobb Bucaqları ilə ölçülür və 45 dərəcənin üstündə cərrahi müdaxilə şərtdir. Bu bucağın aşağı olduğu durumlarda konservativ müalicə metodlarına müraciət edilir. Konservativ olaraq Fizioterapiya, idman ve ya Korsetləri göstərə bilərik. Ancaq unutmaq olmaz ki,  saydığımız konservativ metodlar təəssüf ki, xəstənin yaşından, inkişaf dərəcəsindən çox asılı olub, istifadə yerləri məhduddur.

Ağlımızda qalmalıdır:

  • Skolioz diaqnozu və müalicəsi peşəkar həkimlər tərəfindən  edilməlidir;
  • Skoliozun cərrahi müalicəsi uşaq yaşda olan xəstələri hərəkətlərini məhdudlaşdırmaz tam tərsi, daha yaxşı uyğunlaşması üçün edilir;
  • Uşaqlarda skoliozdan şüphələndikdə onurğa sahəsində uzman həkimlərə müraciət etməyiniz tövsiyə edilir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Vugar Guliyev,Uzm.

Choose time

Write you telephone number

By applying you accept

rules of service