Skolioz
Skolioz xüsusən, üşaqlarda görülən onurğa sütunun deformatik əyriliyidir. Latınca “skoliosi” kəlməsindən əmələ gəlir mənası “əyri” deməktir. Uşaqlarda kosmetik problemlərdən ziyadə, əyrilik dərəcələrində nəfəs alma sıxıntısı və ağrı simptomlar ortaya çıxır.
Skolioz xəstələri adətən, valideynlərin təsadüfən görməsi ilə həkimə gətirilir. Həkim müayinəsində rahatlıqla diaqnoz qoyulur. Skolioz diaqnozunda ilk öncə rentgen filmləri istənir, bu bizə skoliozun dərəcəsi ve yeri haqqında məlumat verir. Skolioz başqa bir xəstəliklə birlikdə olduqda və ya iləri bucaqlı skoliyozlarda Kompyuter Tomoqrafiya(KT) və / vəya Maqnetik Rezonans (MR) istənilə bilinir.
Skoliozun əyrilik bucaqları Cobb Bucaqları ilə ölçülür və 45 dərəcənin üstündə cərrahi müdaxilə şərtdir. Bu bucağın aşağı olduğu durumlarda konservativ müalicə metodlarına müraciət edilir. Konservativ olaraq Fizioterapiya, idman ve ya Korsetləri göstərə bilərik. Ancaq unutmaq olmaz ki, saydığımız konservativ metodlar təəssüf ki, xəstənin yaşından, inkişaf dərəcəsindən çox asılı olub, istifadə yerləri məhduddur.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az