Ruhel Qasımov hekimtap.az

Ruhel Qasımov

Vertebrologist

8 years of experience

Baku
Dirsək ağrıları hekimtap.az

Dirsək ağrıları

Author: Vertebroloq Ruhel Qasımov, Əlaqə: (+994) 50 863-66-88
5687

Published: 27.06.2018
Ruhel Qasımov

Dirsək ağrıları nədir?

Dirsək oynağı orqanizmdə əlin kontrol mərkəzi adlandırsaq yanılmarıq. Dirsək ağrısı olduqda idman etmək bir yana, yemək yemək, maşın sürmək, bir əşyanı yerdən qaldırmaq kimi sadə hərəkətləri belə pasiyent edə bilmir. Əldə nəsə götürüb qaldırmaqla dirsəyin xarici tərəfində ağrı olur.

Dirsək ağrılarının səbəbləri:

  • Tenisçi dirsəyi (lateral epikondilit);
  • Qolfçu dirsəyi (Medial epikondilit);
  • Tendenitlər və bursitlər;
  • Yumuşaq toxumaların zədələnməsi;
  • Sinir sıxışması sindromları (tunel sindromları və.s);
  • Boyundan və ya çiyindən gələn ağrılar;
  • İltihabi revmatik xəstəliklər;
  • Duzlaşma, kirəcləşmə (osteoartrit).

Dirsək ağrılarının əlamətləri?

Dirsək ağrıları səbəbinə görə müxtəlif klinik şəkil göstərə bilir.

Dirsək ağrılarının diaqnostikası:

  • Dirsek oynağının rentgeni
  • EMQ
  • MRT

Dirsək ağrılarının müalicəsi

  • Konservativ müalicə
  • Fizioterapiya
  • Cərrahi müdaxilə
  • Proloterapiya

Proloterapiya ilə  dirsək ağrılarının əməliyyatsız  müalicəsi:

Proloterapiya cərrahi müalicəyə alternativ bir müalicə metodu olub, əzələ-oynaq xəstəliklərində, eləcə də dirsək ağrılarında çox effektivdir.

Proloterapiyanın vətəni Amerikadır. Hal-hazırda bir çox avropa ölkələrində, eləcə də qardaş ölkə Türkiyədə geniş istifadə edilir. Ölkəmizdə Proloterapiya ilk dəfə mənim tərəfimdən edilmişdir. Artıq 5 ildən çoxdur minlərlə pasiyentlərə bu metodla əməliyyatsız sağaltmışıq.

Proloterapiyanın ən böyük üstünlüyü onun zərərsiz olmasıdır və cərrahiyəyə alternativ olmasıdır. Lakin təcrübəsiz həkim əlində çox böyük fəsadlar verə bilir. Ona görə hər edilən iynə proloterapiya deyildir, hər iynə edən həkim də proloterapiya mütəxəssisi deyildir.

Proloterapiya iynə vasitəsi ilə  yeridilən proliferativ, sağaldıcı məhlulun zədələnmiş toxumaları bərpa etməsinə, yeniləməsinə və sağaltmasına əsaslanır.

Dirsək ağrısı olan pasiyentlər artıq ilk seansdan ağrılarında əhəmiyyətli dərəcədə azalma, oynaq hərəkətliliyinin artması müşahidə edilir. Proloterapiya ilə zədələnmiş oynağı tam bərpa etmək mümkündür. Nə qədər erkən dövrdə müalicəyə başlanılsa o qədər effektivlik yüksək olacaqdır.

Proloterapiya etdirmədən əməliyyat qərarı almayın!
Ağrısız, zərərsiz və tam sağalma!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  

 


Ruhel Qasımov

Choose time

Write you telephone number

By applying you accept

rules of service