Turan Eliheyderova

Psychologist

4 years of experience

Uşaqlarda obsessiv-kompulsiv pozuntunun müalicəsi
 hekimtap.az

Uşaqlarda obsessiv-kompulsiv pozuntunun müalicəsi

Author: Psixoloq Turan Əliheydərova
9075

Published: 24.07.2018
Turan Eliheyderova

Obsessiv-kompulsiv pozuntu  (OKP), həmçinin sarışan hallar nevrozu kimi də tanınınır. Bu pozuntudan uşaqların 1%-4%-i əziyyət çəkir. Onlardan təxminən yarısında xəstəlik uşaq yaşlarında başlanır və böyük yaşlarda davam edir.

OKP 2 hissədən ibarətdir:

Obsessiya və ya sarışan ideyalar. Uşaq eyni fikri dəfələrlə təkrar edir, tez-tez hər hansı xatirələri yada salır. Onu çirklənmə haqda sarışan fikirlər narahat edə bilər. O, daim yuyunmaq istəyir, çirkli yerlərə yaxın durmaqdan boyun qaçırır. Uşaq, həmçinin evdə ciddi səliqə, müxtələif əşyaların simmetrik dayanmasını tələb edə bilər. Əgər onun vərdişlərində hər hansı dəyişiklik baş verərsə, bu uşaqda təşviş yarada bilir. O, habelə özünün və ya yaxınlarının sağlamlığı üçün daim narahatlıq keçirə bilər.

Kompulsiv hərəkətlər. Kompulsiv hərəkətlər və ya sarışan davranış – sözügedən sindromun ikinci hissəsidir. Burada söhbət təkrarlanan davranış rituallarından və onlara ciddi riayət olunmasından gedir. Xəstə bu ritualları ciddi şəkildə həyata keçirir və düşünür ki, hər hansı “qayda” pozuntusu olarsa, nə isə bir pis hadisə baş verə bilər.

Bu rituallara əllərin daim yuyulmasını, əlləri hər hansı əşyalara müəyyən qayda çərçivəsində toxunuşu və s. aid etmək olar. Qeyd etmək lazımdır ki, uşaqlar böyüklərdən fərqli olaraq, çalışırlar ki, öz ritualları barədə valideynlərlə söhbət etsinlər. Bu da öz növbəsində, sağalma şansını artırır. Təəssüf ki, bir çox hallarda valideynlər uşaqların şikayətlərini ciddi qəbul etmirlər və bu da  pozuntunun gələcək inkişafına şərait yatadır.   

Uşaqlarda OKP-nin yaranma səbəbləri

Uşaqlarda OKP-nin əsas yaranma səbəbi beynin ön payı fəaliyyətinin struktur və ya funksional dəyişiklikləri  ola bilər. Beynin bu hissəsi insan davranışında  təkrarlanan hərəkərlərə, rituallara cavabdehdir. Təkrarlanan hərəkətlərdən asılılığın inkişafı ilə bağlı patologiya məhz elə burada lokallaşır. Bu nahiyə emosiya, həyəcan, düşüncə və meyilliliyə cavab verən hissə ilə əlaqələnir. Beləliklə, OKP-ni yardan şəbəkə əmələ gəlir. Bu səbəb FMRT (funksional maqnit-rezonans tomoqrafiyası) müayinəsi zamanı aşkara çıxa bilər.  

Uşaqlarda OKP-nin müalicə metodikası

Koqnitiv-davranış psixoterapiyası

Müasir dövrdə xəstəliyin ən effektli metodu koqnitiv-davranış psixoterapiyası hesab olunur ki, onun köməkliyi ilə OKP-nin simtomları tezliklə ardan qalxır. Psixoterapiya uşağın düşüncə obrazını, onun emosional və davranış reaksiyalarını dəyişir.

Tədqiqatlar göstərib ki, OKP-nin inkişafında beynin emosiya və davranışa cavabdehlik daşıyan limbik sisteminin rolu var. Koqnitiv-davranış terapiyasının aparılması zamanı beynin bu nahiyələrində funksional dəyişikliklər, habelə limbik sistemin OKP- ni dəstəkləyən müxtəlif xüsusiyyətləri qeydə alınmışdır.  

OKP-nin koqnitiv-davranış psixoterapiyası ilə müalicəsi artıq ilk aydan  beyin fəaliyyətinin optimallaşmasına şərait yaradır.

Medikamentoz müalicə

OKP-nin simptomları pasiyentin normal həyatına mane olarsa və o, sarışan hərəkətlərdən əziyyət çəkərsə, bu zaman serotoninin geri udulma selektiv inhibitorları təyin edilir. Neyromediatorlara təsir göstərən serotonin OKP-nin əsasında dayanan təşviş hissini azaldır və öz növbəsində pozuntu simptomlarının aradan qalxmasına şərait yaradır. Depressiya qeydə alınarsa, antodepressantlar təyin edilir ki, bu da OKP-nin simtoplarını azaldır.

Ailə terapiyası

Öz övladının sarışan ideyalrdan əziyyət çəkdiyini, onun dolğun həyat sürə bilməyib, həmyaşıdları ilə ünsiyyətdə çətinlik çəkdiyini görmək valideynlər üçün asan deyil.   Belə olan halda, valideynlər də uşaqla birgə qorxu, həyəcan , yorğunluq və əlacsızlıq hissi keçirirlər. Mütəxəssislər bu məqama da ciddi fikir verir, qeyd olunan terapiyalarla yanaşı, valideyn-övlad münasibətlərini lazımi qaydada tənzimləyirlər.

Bəli, uşaq müalicə kursundan sonra xəsətəliyin simptomlarından həmişəlik yaxa qurtara bilər, lakin baş verənlər şübhəsiz ki, onun psixiki inkişafında öz izini qoyacaq. Ona görə də valideynlər bu izi necə aradan qaldırmağı, övladını yeni həyacan və xəstəliyin residivlərindən hansı yollarla qorumağın yollarını dəqiq bilməlidirlər. Bunun üçün mütəxəssis valideynə lazımi təlimatlar verir, həyəcanı aradan qaldırmağın texnikalarını öyrədir. Beləliklə, növbəti stress situasiyasında valideyn xəstəliyin kəskinləşməsi və ya qayıdışının qarşısını artıq müstəqil ala bilir. 


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Turan Eliheyderova

Choose time

Write you telephone number

By applying you accept

rules of service